23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Bakıda Müslüm Maqomayevin abidəsi ucaldılacaq
Tarix: 12-03-2020 15:34 | Bölmə: Mədəniyyət
Bakıda Müslüm Maqomayevin abidəsi ucaldılacaq

Prezident İlham Əliyev "Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında" sərəncam imzalayıb.

Reyting.az
xəbər verir ki, sərəncamla Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılacaq.

Sənədə əsasən Bakı Şəhər İcra Hakimiyyətinə Mədəniyyət Nazirliyi ilə birlikdə Müslüm Maqomayevin abidəsinin ucaldılması ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}