16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Azərbaycanlı rejissor və aktyorlar Venesiya Film Festivalında iştirak ediblər - Fotolar
Tarix: 12-09-2020 00:17 | Bölmə: Mədəniyyət
Azərbaycanlı rejissor və aktyorlar Venesiya Film Festivalında iştirak ediblər

77-ci Venesiya Film Festivalında rejissor Hilal Baydarovun lentə aldığı “In Between Dying” (“Səpələnmiş ölümlər arasında”) filmi “Qızıl şir” mükafatı uğrunda yarışır. Bu, Azərbaycan kino tarixində bir ilkdir.

Reyting.az
xəbər verir ki, tammetrajlı bədii filmin rejissoru Hilal Baydarov, quruluşçu operatoru vә prodüseri Elşәn Abbasov, baş rol ifaçıları Orxan İsgəndərli və Rəna Əsgərova dünən festivalın qırmızı xalısına çıxıblar.

Onlar festivalın direktoru Alberto Barbera ilə birlikdə şəkillər çəkdiriblər.

Qeyd edək ki, filmin icraçı prodüserləri Danni Qlover, Susan Rokfeller, ssenaristləri Rəşid Səfər, Hilal Baydarov, bəstəkarı isə Kənan Rüstəmlidir. Filmdə Orxan İskəndərli, Rəna Əsgərova, Hüseyn Nəsirov, Samir Abbasov, Kamran Hüseynov, Məryəm Nağıyeva, Kübra Şükürova, Nərmin Həsənova, Oqtay Namazov, Mürvət Əbdüləzizov və başqaları çəkiliblər.

Sentyabrın 2-dən 12-dək keçirilən festivalın proqramına 18 tam və 15 qısametrajlı film daxil edilib.

Festivalın münsiflər heyətinin prezidenti isə aktrisa Keyt Blanşett seçilib.(Axşam.az)








Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}