16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Xalq artisti koronavirusa yoluxub? - Yenilənib
Tarix: 20-10-2021 08:39 | Bölmə: Mədəniyyət
Xalq artisti koronavirusa yoluxub?

Xalq artisti Canəli Əkbərov və həyat yoldaşı koronavirusa yoluxub.

Reyting.az
oxu.az-a istinadla xəbər verir ki, 81 yaşlı xanəndə ev şəraitində müalicə asla da, vəziyyəti ağırdır.

Qeyd edək ki, Azərbaycanın Əməkdar və Xalq artisti fəxri adlarına layiq görülmüş muğam ustası bundan əlavə, “Əmək”, “Şərəf” və “Şöhrət” ordenləri ilə də təltif edilib.

***

Xalq artisti Canəli Əkbərovun qızı Sevinc Əkbərova isə "qafqazinfo"ya bildirib ki, atası koronavirusa yoluxmayıb. O, atasının beyin atrofiyasından əziyyət çəkdiyi üçün süni nəfəs aparatına qoşulduğunu deyib:


"Canəli Əkbərov bu xəstəliyinə görə hazırda ev şəraitində müalicə alır. Çünki həkim tapşırıb ki, hərdən süni nəfəs aparatına qoşmaq lazımdır. Atam bundan əvvəl də beyin insultu keçirib. Dövlət başçımızın sərəncamı ilə müalicə aldı. Bütün xərci Heydər Əliyev Fondu öz üzərinə götürdü. 81 yaşlı Canəli Əkbərovun sənətindən yazsınlar, koronavirusa yoluxmasından yox. Anamın da, atamın da hər iksinin vəziyyəti normaldır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}