Yazıçılar Birliyinin qurultayının vaxtı dəyişib
Tarix: 26-09-2022 16:21 | Bölmə: Mədəniyyət
Yazıçılar Birliyinin qurultayının vaxtı dəyişib

Azərbaycan Yazıçılar Birliyinin (AYB) qurultayının vaxtı dəyişib.

Reyting.az
xəbər verir ki, bu barədə AYB-dən bildiriblər.

Məlumata görə, AYB-də katibliyin geniş tərkibdə toplantısı keçirilib.

Ağsaqqallar Şurasının, Gənclər Şurasının və mətbu orqanları rəhbərlərinin də iştirak etdiyi toplantıda qurultayqabağı hazırlıq işləri müzakirə edilib. Toplantı iştirakçıları təşkilati məsələlərlə bağlı təkliflər səsləndirib. Texniki və təşkilati məsələlərin həlli, yüksək hazırlıq işləri üçün əvvəlcə nəzərdə tutulmuş oktyabrın 5-i tarixinin dəyişdirilməsi, Azərbaycan Yazıçılarının XIII Qurultayının oktyabr ayının sonunadək keçirilməsinə qərar verilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}