Məşhur aktrisa dünyasını dəyişib
Tarix: 12-10-2022 08:43 | Bölmə: Mədəniyyət
Məşhur aktrisa dünyasını dəyişib

Dünyaca məşhur aktrisa Ancela Lensberi vəfat edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Associated Press“ agentliyi aktrisanın övladına istinadla məlumat yayıb.

Aktrisa Los-Ancelesdəki evində dünyasını dəyişib.

Ancela Lensberi daha çox “Murder, She Wrote” serialının ulduzu kimi tanınıb.

Bu ekran işində o, detektiv hekayələr yazan və polisə qatilləri tapmaqda kömək edən yazıçı Cessika Fletçer obrazını canlandırıb.

Bu rola görə o, dörd "Qızıl Qlobus" alıb və 12 dəfə "Emmi" mükafatına namizəd olub.

Sözügedən serial 1984-cü ildən 1996-cı ilə qədər yayımlanıb.

Aktrisanın digər məşhur filməri içərisində "Doriam Qreyin portreti" və "Gastlight" də var.

Bu filmlərə görə o, "Oskar" mükafatına namizəd olub, lakin mükafatı ala bilməyib.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}