Almaniya səfirliyi “İçərişəhər” Muzey Mərkəzi ilə sənəd imzalayıb
Tarix: 12-10-2022 17:49 | Bölmə: Mədəniyyət
Almaniya səfirliyi “İçərişəhər” Muzey Mərkəzi ilə sənəd imzalayıb

Almaniyanın Azərbaycandakı səfirliyi ilə “İçərişəhər” Muzey Mərkəzi arasında əməkdaşlıq haqqında sənəd imzalanıb.

Bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann tviterdə yazıb.

Bu sənədə əsasən, Almaniya “İçərişəhər” Muzey Mərkəzinin 1964-1989-cu illər dövrünə aid neqativlər, fotoşəkillər və çap əsərləri kolleksiyasının bərpası, konservasiyası və rəqəmsallaşdırılması layihəsini maliyyələşdirəcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər