Mədəniyyət Nazirliyinin tabeliyində yeni idarə yaradılıb
Tarix: 17-10-2022 17:29 | Bölmə: Mədəniyyət
Mədəniyyət Nazirliyinin tabeliyində yeni idarə yaradılıb

Mədəniyyət Nazirliyinin tabeliyində təsərrüfathesablı “Əsaslı Tikinti və Təchizat” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

Reyting.az
xəbər verir ki, Baş nazir Əli Əsədovun qərarına əsasən, Cəmiyyətin saxlanılması xərcləri büdcə və büdcədənkənar vəsaitlər hesabına Nazirlik üzrə mərkəzləşdirilmiş qaydada mədəniyyət obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni mədəniyyət obyektlərinin tikintisi ilə bağlı daxilolmaların 1,0 faizi, həmçinin mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün daxilolmaların 0,25 faizi həddində müəyyən olunub.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər