“Haqqın 44 günü” tamaşası nümayiş olunub - Fotolar
Tarix: 25-10-2022 18:45 | Bölmə: Mədəniyyət
“Haqqın 44 günü” tamaşası nümayiş olunub

Oktyabrın 25-də Lənkəran Dövlət Dram Teatrının truppası “Haqqın 44 günü” tamaşası ilə Biləsuvarda qastrol səfərində olub. Biləsuvar Rayon Mədəniyyət Mərkəzində reallaşan tədbirdə əvvəlcə Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov çıxış edərək rəhbərlik etdiyi kollektivin "Şuşa ili" çərçivəsində bir sıra layihələr üzərində çalışdığını bildirərək, təqdim olunan tamaşanın da bu layihənin tərkib hissəsi olduğunu qeyd edib. Daha sonra tamaşaya baxış olub.

Reyting.az
-ın məlumatına görə, Vətən müharibəsində 44 gün ərzində qazanılmış böyük zəfərimizin qəhrəmanlıq dastanı kimi təqdim olunan bu səhnə əsərinə rayonun icra strukturlarının rəhbərləri, yerli ictimaiyyətin nümayəndələri ilə yanaşı Qarabağ qaziləri də tamaşa ediblər.

Səhnə əsərində müharibələrin xalqların taleyində, gündəlik həyat və məişətində yaratdığı çətinliklərdən, ağrı-acılardan da bəhs olunur. Amma bütün bunlara baxmayaraq Müzəffər Ordumuz özünün yüksək əhval-ruhiyyəsi ilə əzmkarlıq nümayiş etdirərək 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızı cəmi 44 gün müddətində düşmən tapdağından xilas edərək üzərinə düşən missiyanın öhdəsindən ləyaqətlə gəlməyi bacarır.

Alqışlarla qarşılanan tamaşanın müəllifi və quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Adil Əsədli, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.

Əsas rolları teatrın gənc aktyor və aktrisalardan Gülər Kərimova, Səyyad Əliyev, Emil Rzayev, Şəbnəm Hüseynova, Aysel Cahangirova, Amil İbrahimov, Teymur Hacızadə və Günel Abbasova ifa ediblər.

Tamaşadan sonra Biləsuvar rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov teatrın truppası ilə görüşərək, maraqlı və məzmunlu tamaşaya görə minnətdarlığını çatdıraraq, yaradıcı kollektivə uğurlar diləyib.












Bölməyə aid digər xəbərlər
bütün xəbərlər