Anar: "Qurultayın gecikmə səbəbi pandemiya olub"
Tarix: 26-10-2022 11:59 | Bölmə: Mədəniyyət
Anar: "Qurultayın gecikmə səbəbi pandemiya olub"

"Azərbaycan Yazıçılar Birliyinin Qurultayı 3 il öncə olmalı idi, amma gecikdik. Gecikmənin səbəbi isə pandemiya olub".

Bunu Xalq yazıçısı Anar Rzayev AYB-nin XIII Qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, bu müddət ərzində yazıçılar birliyində Qurultay səviyyəsində məruzələr dinlənilib və kitab kimi nəşr olunub/Report.

Xatırladaq ki, Azərbaycan Yazıçılar Birliyinin üzvləri və XIII qurultayın iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

Müraciətdə yazıçılar Azərbaycanın tarixi qələbəsinə, ədəbiyyat sahəsinə göstərdiyi diqqət və qayğısına görə ölkə Prezidentinə təşəkkür ediblər.

Onu da qeyd edək ki, qurultayda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, ADA Universitetinin rektoru Hafiz Paşayev, mədəniyyət naziri Anar Kərimov, dövlət və hökumət qurumları nümayəndələri, Milli Məclisin deputatları iştirak edirlər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər