“54 gün erməni mühasirəsində” adlı sənədli film çəkilib
Tarix: 31-10-2022 18:05 | Bölmə: Mədəniyyət
“54 gün erməni mühasirəsində” adlı sənədli film çəkilib

1993-cü il martın 31-dən mayın 23-dək erməni mühasirəsində qalmış 19 Azərbaycan vətəndaşı ilə bağlı daha bir sənədli film çəkilib.

Reyting.az
 xəbər verir ki, “54 gün erməni mühasirəsində” adlı ekran işi “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Kinoproqramlar və Dublyaj redaksiyasında istehsal olunub.

Filmin çəkilişləri Laçın və Kəlbəcər rayonlarında aparılıb.

Ekran əsərinin quruluşçu rejissorları Nadir Diridağlı və Əməkdar mədəniyyət işçisi Vasif Məmmədzadədir.

Film oktyabrın 31-də saat 21:30-da “Mədəniyyət” kanalında nümayiş etdiriləcək.

Xatırladaq ki, 1993-cü ilin mart ayının 31-dən may ayının 23-dək 19 nəfər - Əli Əliyev, Arif Zülfüqarov, Təvəkkül İbrahimov, qardaşı Muxtar İbrahimov, Əşrəf İlyasov, Şakir İsgəndərov, Bahadır Rzayev, onun qızı Sərmayə Rzayeva (Nübar) və oğlu Sahib Rzayev, Adıgözəl Həmzəyev, Adil Verdiyev, Şakir İsmayılov, Valeh Abdullayev, Ağamalı Mərdanov, Saleh Qasımov, Valeri Nemaşkalov, Vyaçeslav Şirəliyev, Mişa Doşevskiy, Saşa Ovçinnikov Laçın və Kəlbəcər rayonları ərazisində 54 gün erməni mühasirəsində qalıblar.

Qeyd edək ki, mühasirədə qalmış şəxslərdən biri olan Ə.Əliyev əzablı günlərdən bəhs edən "54 gün erməni mühasirəsində" kitabını yazıb. O, 2017-ci il iyulun 2-də vəfat edib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər