16:23 / 16-04-2024
"Tiktoker Semka" həbs olunub
“Səbail Şəhidləri” abidə kompleksinin açılışı olub - Video
Tarix: 03-11-2022 15:47 | Bölmə: Mədəniyyət
“Səbail Şəhidləri” abidə kompleksinin açılışı olub

Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə Səbail rayonunun Badamdar qəsəbəsində “Səbail Şəhidləri” abidə-kompleksinin açılış mərasimi keçirilib.

Reyting.az
xəbər verir ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, abidə kompleksinin önünə gül dəstələri düzülüb.

Səbail rayon icra hakimiyyətinin başçısı Vüqar Zeynalov, millət vəkilləri Nigar Arpadarai və Aqil Abbas, RİHB-nın müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, RİHBA-nın məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri iştirak ediblər.

Tədbir Azərbaycan Dövlət Akademik Musiqili Teatrının quruluşçu rejissoru Samir Qulamovun ssenarisi və quruluşunda hazırlanan “Bizə bir nəfəs qədər yaxınsınız” adlı ədəbi-bədii kompozisiyası ilə davam etdirilib.

Kompozisiyada tarzən Səxavət Məmmədovun müşayiəti ilə teatrın tanınmış aktyorları Gülnarə Abdullayeva, Mehriban Zaliyeva, Gülnarə Əzizova, Gültac Əlili, Səmədzadə Xasiyev, İbrahim Əlizadə, Əmrah Dadaşov çıxış ediblər. Onların ifaları alqışlarla qarşılanıb, hər kəsdə xoş, zərif duyğular oyadıb.

İştirakçılar bir daha 44 günlük müharibədə Vətən uğrunda şəhid olan igidlərimizin əziz xatirəsinə ehtiramlarını bildiriblər.












Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}