16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Zəfər Günü ilə bağlı qısametrajlı film hazırlanıb - Video
Tarix: 08-11-2022 14:37 | Bölmə: Mədəniyyət
Zəfər Günü ilə bağlı qısametrajlı film hazırlanıb

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti 8 Noyabr - Zəfər Gününün ikinci ildönümü ilə əlaqədar "Təki Vətən sağ olsun!" adlı qısametrajlı film hazırlayıb.

Reyting.az
xəbər verir ki, 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunan filmin ssenari müəllifi və quruluşçu rejissoru Samir Qulamov, ikinci quruluşçu rejissoru, eyni zamanda operator və montajçısı Murad Həsənovdur.

Filmdəki obrazları Akademik Musiqili Teatrın tanınmış aktyorları, Əməkdar artisti Nadir Xasiyev, onun oğlu Səmədzadə Xasiyev və nəvəsi Əlibəy Xasisoy canlandırıblar.

Vətənpərvərlik mövzusunda hazırlanan silsilə layihələrin davamı olan bu filmdə teatrın aktyorları İbrahim Əlizadə, Hidayət Əliyev, Murad Əliyev də iştirak ediblər.

Həmçinin teatrın baş baletmeysteri, Əməkdar artist Emin Əliyevin rəhbərlik etdiyi balet truppasının üzvləri də kütləvi səhnələrdə çəkiliblər.

Onların arasında l Qarabağ Müharibəsi iştirakçısı, "Laçının azad olunması uğrunda" medalı ilə təltif olunmuş teatrın balet artisti Murad Ağayev də var.

Filmdə səsləndirilən musiqinin ("Pıçıldaşan ləpələr") tarda ifaçısı Əli Əsgər Məmmədov, səs operatoru Məhəmməd Məmmədovdur.

Qeyd edək ki, ötən iki il ərzində rejissor S. Qulamovun ssenarisi və quruluşunda Akademik Musiqili Teatrında bu səpgidə müxtəlif filmlər çəkilib və sosial media platformaları vasitəsilə izləyicilərə təqdim edlib.

Video:












Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}