16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Firuz Mustafanın “Ağıllı adam”ı Dağıstana gedib - Foto
Tarix: 13-11-2022 12:16 | Bölmə: Mədəniyyət
Firuz Mustafanın “Ağıllı adam”ı Dağıstana gedib

Azərbaycanın tanınmış yazıçı-filosofu, Əməkdar incəsənət xadimi Firuz Mustafanın dram əsərləri bir sıra ölkələrin teatr səhnələrində uğurla tamaşaya qoyulur. Bu günlərdə müəllifin “Ağıllı adam” pyesinin Dağıstan Respublikasının Dərbənd Azərbaycan Dövlət Dram Teatrında premyerası olacaq.

Reyting.az
-ın məlumatına görə, əsərin quruluşçu rejissoru Azərbaycanın Əməkdar artisti Sərvər Əliyev, quruluşçu rəssam DR-nın Əməkdar mədəniyyət işçisi Naida Alimetovadır.

Qeyd edək ki, bu pyesə bir neçə il öncə Əməkdar incəsənət xadimi, mərhum rejissor Hüseynağa Atakişiyev Azərbaycan Dövlət Gənclər Teatrında uğurlu səhnə həlli verib. Aradan keçən dövr ərzində əsərə müraciət edən digər teatrlar da olub.

Teatrın yaradıcı kollektivi belə hesab edir ki, Firuz Mustafanın “Ağıllı adam” əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanacaq.

Tamaşa 19 noyabr tarixdə, saat 17-də Dərbənd Ləzgi Teatrının bunasında olacaq.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}