Nazirlik "Odda - İki bacı" filminin Azərbaycanda nümayişi ilə bağlı məlumat yayıb
Tarix: 30-11-2022 15:42 | Bölmə: Mədəniyyət
Nazirlik "Odda - İki bacı" filminin Azərbaycanda nümayişi ilə bağlı məlumat yayıb

Mədəniyyət Nazirliyi "Odda - İki bacı" filminin Azərbaycanda nümayişi ilə bağlı məlumat yayıb.

Nazirlikdən bildirilib ki, mövcud qanunvericiliyə əsasən, ölkə ərazisində kütləvi nümayiş üçün nəzərdə tutulan yerli və xarici filmlər Mədəniyyət Nazirliyi tərəfindən Dövlət Reyestrində qeydiyyata alınaraq Yayım vəsiqəsi ilə təmin edildikdən sonra kino nümayişi müəssisələrində tamaşaçılara təqdim olunur: "Odda - İki bacı" filmi ilə bağlı bildiririk ki, sözügedən filmə nazirlik tərəfindən yayım vəsiqəsi verilməyib və istər nazirliyin tabeliyində fəaliyyət göstərən “Nizami” Kino Mərkəzində, istərsə də ölkədəki özəl kinoteatrlarda həmin filmin nümayişi nəzərdə tutulmayıb. Filmin qeyri-kino profilli hansısa məkanda nümayişinə gəldikdə isə bildiririk ki, bu kimi məsələlərin həlli Mədəniyyət Nazirliyinin səlahiyyətlərinə daxil deyil. Bununla belə, nazirlik sözügedən filmin qeyri-kino profilli müəssisədə nümayişini məqbul hesab etmədiyini bildirir”.

Qeyd edək ki, “Odda-İki bacı” filmini Azərbaycan kinoteatrları yayımlamaqdan imtina edib. Filmdə Almaniya bundesverinin hərbçisi olan Rojda Xani İraqda kürd hərbçilərə İŞİD-ə qarşı döyüşmək üçün təlim keçir. Amma kimsə bilmir ki, o, əslində itkin bacısı Bərivanı axtarır. Həmçinin film süjet xəttində Türkiyə hərbçiləri qəddar, qaniçən, məkrli "potensial düşmən" kimi göstərilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər