“270-ci səhifə” adlı sənədli filmin təqdimatı olub
Tarix: 03-12-2022 13:04 | Bölmə: Mədəniyyət
“270-ci səhifə” adlı sənədli filmin təqdimatı olub

Bu gün Bakıda “Şuşa ili”nə həsr olunan “270-ci səhifə” adlı sənədli filminin təqdimatı olub.

Reyting.az
xəbər verir ki, təqdimat mərasimində Şuşa uğrunda gedən döyüşlərdə fərqlənən Vətən müharibəsi iştirakçıları, ictimai xadimlər, deputatlar və media nümayəndələri iştirak ediblər.

Filmin ssenari müəllifi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyev tədbirdə film barədə məlumat verilib.

O vurğulayıb ki, ekran əsərində Şuşanın yarandığı gündən bu günə qədər olan tarix göstərilir:

“Şuşanı dünyaca məhşur edən yaradıcı insanlar, ictimai xadimlər haqqında ətraflı məlumat verilir. Filmdə Şuşanın üzləşdiyi ağır dövrlərə də ekskursiya edilir. Şuşa şəhərinin yaradıcıları azərbaycanlılar olub. Məqsədimiz Şuşa haqqında həm yerli, həm də xarici auditoriyaya doğru və dolğun məlumatları çatdırmaqdır”.

Ekran əsərinin ərsəyə gəlməsində Müsəllim Həsənov (araşdırmaçı), Zəka Quluyev (rejissor), Kəmalə Cahidqızı (prodüser), Emin Hüseynov (quruluşçu operator), Soltan İbrahimov (operator), Arzum Nuruşzadə (montaj) və Ayaz Mirzəyevdən (ssenari müəllifi) ibarət yaradıcı komanda birgə fəaliyyət göstərib.

Filmin tezliklə xarici dillərdə beynəlxalq auditoriyaya da təqdimatı nəzərdə tutulur.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}