Azərbaycanın daha 4 nominasiyası UNESCO-nun siyahısına salınacaq
Tarix: 08-12-2022 10:01 | Bölmə: Mədəniyyət
Azərbaycanın daha 4 nominasiyası UNESCO-nun siyahısına salınacaq

Növbəti illərdə Azərbaycanın daha 4 nominasiyasının UNESCO-nun qeyri-maddi irs siyahısına qəbulu gözlənilir.

Reyting.az
xəbər verir ki, bunu “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda beynəlxalq elmi konfransda mədəniyyət naziri Anar Kərimov deyib.

A. Kərimov bildirib ki, indiyə qədər Azərbaycanın ümumilikdə 19 nominasiyası qeyri-maddi irs siyahısına salınıb. Bu 19 nominasiyanın 17-si qeyri-maddi, 2-si isə təcili qorunmaya ehtiyacı olan qeyri-maddi irs kimi siyahıya daxil edilib. Bunlardan 11-i milli, 8-i isə bir neçə ölkə ilə bərabər təqdim olunub.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}