Mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürülüb
Tarix: 10-12-2022 01:49 | Bölmə: Mədəniyyət
Mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürülüb

Dekabrın 9-da TÜRKSOY-un 2022-ci il “Bursa-Türk mədəniyyət paytaxtı ili”nin rəsmi bağlanış mərasimi keçirilib. Tədbirin bağlanış mərasimində mədəniyyət paytaxtının simvolu Bursadan Şuşaya ötürülüb.

Reyting.az
Şuşa Dövlət qoruğu idarəsinə istinadla xəbər verir ki, simvol Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimova Bursa Böyükşəhər bələdiyyə sədri Alinur Aktaş tərəfindən təhvil verilib.

TÜRKSOY-un baş direktoru Sultan Rayev, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüraliyev, Bursa valisi Yakub Canbolat, Bursa Böyükşəhər bələdiyyə sədri Alinur Aktaş çıxışlarında zəngin tarixi və mədəni irsin beşiyi, dahi şəxsiyyətlərin vətəni, keçilməz qala olan Şuşanın “2023-cü il Türk dövlətlərinin mədəniyyət paytaxtı” elan olunmasını tarixin yeni və möhtəşəm səhifəsi adlandırıblar.

Çıxış edənlər bu hadisənin ümidverici, qürurlu və çox böyük önəm daşıdığını xüsusi qeyd ediblər.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər