Polad Bülbüloğlu MDB Gənclər Simfonik Orkestrinin konsertinin solisti olacaq
Tarix: 12-12-2022 15:34 | Bölmə: Mədəniyyət
Polad Bülbüloğlu MDB Gənclər Simfonik Orkestrinin konsertinin solisti olacaq

Azərbaycanın Xalq artisti, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Özbəkistanın paytaxtı Daşkənd şəhərində konsert proqramı ilə çıxış edəcək. O, Birlik ölkələrinin yaradıcı və elmi ziyalılarının XV Forumu çərçivəsində bu gün keçiriləcək MDB Dövlətləri Gənclər Simfonik Orkestrinin konsertinin solisti olacaq.

“Sputnik-Özbəkistan” xəbər verir ki, orkestr 2007-ci ildə MDB Üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəyi ilə yaradılıb.

Dirijor podiumunda Rusiyanın Xalq artisti Sergey Skripka, azərbaycanlı dirijor Murtaza Bülbüloğlu, özbəkistanlı dirijor Alibek Kabduraxmanov və onun türkmənistanlı həmkarı Rəsul Klıçev olacaq/Report.

Xatırladaq ki, MDB-yə üzv ölkələrin yaradıcı və elmi ziyalılarının XV Forumu dekabrın 14-dək davam edəcək. Forumda Birlik üzvü olan ölkələrin tanınmış incəsənət xadimləri, idmançıları və alimləri iştirak edirlər.

Forumun mövzusu “Humanitar əməkdaşlıq – 30 ilin təcrübəsi və inkişaf perspektivləri”dir. Tədbir çərçivəsində “Birliyin Ulduzları” Dövlətlərarası Mükafatının və “Debütlər Birliyi” Beynəlxalq Mükafatının təqdimetmə mərasimi keçiriləcək.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər