Müəllim işləmək istəyənlər üçün müsabiqə keçiriləcək
Tarix: 30-07-2018 16:24 | Bölmə: Mədəniyyət
Müəllim işləmək istəyənlər üçün müsabiqə keçiriləcək

Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinə işə qəbul üzrə növbəti müsabiqə keçiriləcək.

Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirlik sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsini, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsini, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsini təmin etmək məqsədilə məktəblərə pedaqoji kadrların işə qəbulu vakant yerlər əsasında müsabiqə yolu ilə aparılır.

Respublikanın uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinə pedaqoji kadrların işə qəbulu üzrə V müsabiqənin qaydaları, mövcud vakansiyalar və digər məlumatlar 2018-ci ilin 15 avqust tarixində nazirliyin rəsmi internet saytının (www.mct.gov.az) və Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalının (www.music.mctgov.az) “Elanlar” bölməsində yerləşdiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}