Səudiyyə Ərəbistanının Həcc və ümrə naziri Azərbaycana gəlib - Fotolar
Tarix: 26-02-2024 23:45 | Bölmə: Siyasət
Səudiyyə Ərəbistanının Həcc və ümrə naziri Azərbaycana gəlib

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc və ümrə naziri Tofiq bin Fouzan əl-Rəbian Azərbaycana rəsmi səfərə gəlib.

Reyting.az
xəbər verir ki, fevralın 26-da Heydər Əliyev Beynəlxalq Hava Limanında qonağın qarşılanma mərasimi olub.

Səudiyyə Ərəbistanı Krallığının Həcc və ümrə naziri Tofiq bin Fouzan əl-Rəbianı səmimi salamlayan Şeyxülislam həzrətləri dəvəti qəbul etdiyinə görə minnətdarlıq edib.

Səudiyyəli nazirin ölkəmizdə rəsmi görüşləri nəzərdə tutulub.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}