16:36 / 19-02-2025
Fuad Muradova hökm oxunub
Zaxarova: "İşçi qrupun fəaliyyəti Ermənistana görə dondurulub"
Tarix: 14-02-2025 16:24 | Bölmə: Siyasət
Zaxarova: "İşçi qrupun fəaliyyəti Ermənistana görə dondurulub"

"Cənubi Qafqazda kommunikasiyaların açılması üzrə üçtərəfli işçi qrupun fəaliyyəti Ermənistana görə dondurulub".

Bunu Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

"Təəssüf ki, hazırda qrupun işi, təəssüf ki, bunu səsləndirməyə məcburam, çünki bu faktdır, Ermənistan tərəfinin mövqeyinə görə dondurulub. Tam qarşılıqlı fəaliyyətin bərpasına hazır olduğumuzu təsdiqləyirik", - o bildirib.

M. Zaxarova vurğulayıb ki, qrup Ermənistan və Azərbaycan arasında nəqliyyat marşrutlarının bərpasının həm hüquqi əsaslarının, həm də texniki parametrlərinin razılaşdırılması üzrə nəhəng iş görüb.

"Məhz üçtərəfli işçi qrupunda kommunikasiyaların açılmasının əsas prinsipi barədə razılıq əldə olunub. Bu, dövlətlərin öz ərazisindən keçən marşrutlar üzərində suverenliyi və yurisdiksiyasının qorunmasından ibarətdir. Bu şərt həm Bakı, həm də İrəvan tərəfindən bəyənilib", - diplomat bildirib(Report).




Bölməyə aid digər xəbərlər