Millət vəkili: “Cinayətkar rejim yeni şou nümayiş etdirir”
Tarix: 02-08-2016 15:38 | Bölmə: Siyasət


"Ermənistan insan hüquq və azadlıqları, demokratiya məfhumlarından uzaqdır. ATƏT və Avropa Şurası daErmənistandakı bu vəziyyəti pisləyir. Yoxsulluq və səfalətin içində olan vətəndaş qarşıdurması bir tərəfdən ölkənin iqtisadi vəziyyətinin acınacaqlı vəziyyətdə olması ilə bağlıdırsa, digər tərəfdən dünya ictimaiyyətinin Azərbaycanı dəstəklənməsi və aprel hadisələrindən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində onları məcbur etməsi ilə bağlıdır”.

Reyting.az xəbər verir ki, bunu SİA-ya millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, 1998-cı ildə Ter-Petrosyan hakimiyyətdə olan zaman da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mövqelərin yaxınlaşması olmuşdu: "Amma, onda da məsələnin həll olunmamasının səbəbi Ermənistandakı dövlət çevrilişi və əli qana batmış cinayətkar rejimin hakimiyyətə gəlməsi oldu.İndi də aprel hadisələrindən sonra münaqişənin sülh yolu ilə həlli istiqamətindəATƏT–in fəaliyyətə keçməsini görən cinayətkar rejim yeni bir şou nümayiş etdirir. Düşünürəm ki, bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində məqsəddən yayınmaq üçün təşkil olunub. Təbii ki, tarix təkrar olunsa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətindəki ATƏT-in səyləri yenə nəticəsiz qalar.

Ermənilər bilməlidirlər ki, Ermənistanın inkişafı və siyasi sabitliyi Azərbaycanla qonşuluq, dostluq münasibətləri yaratmadan mümkün deyil. Ona görə tez bir zamanda torpaqlarımızı işğaldan azad etməli, Dağlıq Qarabağ və Ermənistanda normal cəmiyyətin qurulmasına çalışmalıdırlar”.

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər