AXP Natiq Cəfərlinin həbsinə etiraz edir - Bəyanat
Tarix: 13-08-2016 11:59 | Bölmə: Siyasət

 

 

Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərlinin həbsi ilə bağlı Azərbaycan Xalq Partiyası (AXP) bəyanat yayıb.

Bəyanatda deyilir ki, AXP ölkədə hakimiyyətə müxalifətdə olan REAL təşkilatının rəhbərlərindən və mövcud iqtidarın tənqidçilərindən biri, tanınmış iqtisadçı ekspert Natiq Cəfərlinin həbsini Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı siyasi təqib aktı hesab edir və pisləyir:

"Natiq Cəfərlinin həbsinin vətəndaş cəmiyyəti təşkilatlarına qarşı ənənəvi repressiya maddələri olan qanunsuz sahibkarlıq fəaliyyəti və vergidən yayınma kimi sənədləşdirilməsi, habelə saxlanma və həbsin həftənin axırıncı iş günündən sonra gecə saatlarında həyata keçirilməsi, vəkillə təmin olunma və digər müdafiə hüquqlarının pozulması kimi siyasi həbslər üçün xarakterik olan əlamətlər indiki mərhələdə cəmiyyətdə Natiq Cəfərlinin həbsinin siyasi mahiyyəti barədə qənaətə gəlməyə kifayətdir".

AXP REAL-ın lideri İlqar Məmmdovun da siyasi motivlərlə həbsdə saxlandığına diqqəti cəlb edir.

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər