Tarix: 20-09-2016 14:50 | Bölmə: Siyasət
"Çox təəssüflər olsun ki, Ermənistanda əsirlikdə qalan insanlar var və aidiyyatı qurumlar kifayət qədər işlərini düzgün qura bilmirlər”.
Reyting.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında millət vəkili Rövşən Rzayev deyib.
Deputatın sözlərinə görə, indi elə zaman deyil ki, bu problem öz həllini tapmasın:
"Amma Ermənistana dəstək olan qüvvələr hesabına biz bu cür qanunsuz hərəkətləri ara-sıra eşidirik. Bizim üçün separatçı rejimdən düzgün hərəkət etdiklərini gözləmək çox çətindir. Hesab edirəm ki, dünya birliyi buna dəqiq qiymət verməlidir və bu işğalçı siyasətəson qoymalıdırlar. Beləcə, insanlar da normal həyatlarını davam etdirməlidirlər.Əgər xarici turistlər Dağlıq Qarabağ ərazisində əsirlərin işlədilməsini görüblərsə onlar bütün dünya ictimaiyyətinə bu biabırçı halı çatdırmalıdırlar. Ümumiyyətlə, bu günə qədər əsirlikdə olan insanlar və onların taleyi müəmmalıdır”.
Bölməyə aid digər xəbərlər