Şahin Əliyev: “Venesiya Komissiyasının neqativ rəyi Azərbaycana qarşı olan qüvvələrin sifarişdir”
Tarix: 21-09-2016 18:18 | Bölmə: Siyasət


Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri Şahin Əliyev Venesiya Komissiyasının Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendumla bağlı neqativ rəy verməsinə münasibət bildirib.

Ş.Əliyev keçirdiyi mətbuat konfransında deyib ki, Azərbaycan hökuməti Venesiya Komissiyası ilə həmişə əməkdaşlıq edib. Bu əməkdaşlıq qarşılıqlı hörmət əsasında qurulub:

"Yadıma gəlmir ki, Venesiya Komissiyası bu və ya digər məsələilə bağlı 3 ay müddətinə rəy versin. Yəni, bu rəy əvvəlcə Azərbaycan hökumətinə göndərilməli idi. Bu prosedur kobudcasına pozulub. Bilirsiz ki, komissiyanın rəyi AŞPA sədrinin məktubu əsasında hazırlanıb. Cəmi iki həftə müddətində baş verib”.

Şahin Əliyevin sözlərinə görə, Venesiya Komissiyasının rəyi Azərbaycan Konstitusiyasındakı 159-cu maddəyə əsaslanıb ki, hazırda bu maddə yoxdur.

Şöbə müdiri bildirib ki, vitse-prezidentlik institutunun formalaşdırılması demokratik standartlara cavab verir:

"Onların iradları hansı demokratik standartlara əsaslanır? Belə bir şey yoxdur. Hamı ABŞ-ı demokratik ölkəkimi tanıyır. Bu ölkədə vitse-prezidentlik institutu var. Onları heç kim anti-demokratik adlandırmır”.

PA-nın şöbəmüdiri xatırladıb ki, Nazirlər Kabinetinin ishalatların önündə getməməsi ilə bağlı yazılar dərc olunub: "Nazirlər Kabinetinin institusional quruluşu bu cür fəaliyyət üçün nəzərdə tutulmayıb. Yəni, islahatlarla bağlı çevik funksiyasını tam başa çatdıra bilmir”.

O deyib ki, Venesiya Komissiyası rəyində heç bir ölkənin təcrübəsinə əsaslanmır: "Referenduma çıxarılan layihələr Konstitusiyaya uyğunlaşdırılıb. Prezidentn səlahiyyət müddətinin 7 ilə çatdırılması məsələsi də mübahisələndirilib. Dünyanın bir çox ölkəsində belə bir müddət var. Hər 5 ilin 3 ilini Azərbaycan seçki qızdırması şəraitində yaşayır. Bu vəziyyətdə çıxış yolu prezidentin səlahiyyət müddətinin 7 ilə uzadılmasıdır”

Şöbə müdirinin sözlərinə görə, sözügedən rəy Azərbaycana qarşı sifarişdir və bu sifariş AŞPA-da oturan deputatlardan gəlir: "Mən bunu ancaq siyasi sifariş kimi qiymətləndirirəm. Avropa Şurası Parlament Assambleyasında müxtəlif ölkələrin deputatları var. Çox güman ki, bu sifariş həmin deputatlarla bağlıdır. Bizimlə heç kim əlaqə saxlamayıb, nə zəng, nə də rəsmi müraciət edilməyib. Ancaq onlar bizə imkan verməli idi ki, biz o rəylə tanış olaq”.

 

 





Bölməyə aid digər xəbərlər
bütün xəbərlər