13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
13:13 / 12-09-2025
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12:53 / 12-09-2025
Sabah yağış yağacaq
12:46 / 12-09-2025
Laçında söyüş söyən vəzifəli şəxslər həbs olunub
12:38 / 12-09-2025
"Avroviziya"da iştirak üçün yeni şərt qoyublar
12:30 / 12-09-2025
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12:23 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlir
12:05 / 12-09-2025
“Rabitəbank" keşbeki azaldıb
12:00 / 12-09-2025
Ekspert naziri debata çağırıb
11:40 / 12-09-2025
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
11:19 / 12-09-2025
Nazirlik yoxlamalarla bağlı açıqlama yayıb
11:16 / 12-09-2025
Bakıda güclü külək ağacı yola aşırıb
11:13 / 12-09-2025
İsrailin müdafiə nazirinə Türkiyədən şok videozəng gəlib
11:06 / 12-09-2025
NATO Polşaya soxulan rus PUA-larını vura bilməyib
10:53 / 12-09-2025
Azərbaycanda əhalinin sayı açıqlanıb
10:51 / 12-09-2025
Elektron Təhlükəsizlik Xidmətində təyinat olub
10:50 / 12-09-2025
Zülfüqarov: Regiondankənar qüvvələr Ermənistana təzyiqlər göstərirlər
10:35 / 12-09-2025
Yazıçı Anar: "Hər şey qaydasındadır, özümü yaxşı hiss edirəm”
10:24 / 12-09-2025
Ukrayna ordusu rusların komanda məntəqəsini dağıdıb: 17 zabit öldürülüb
10:18 / 12-09-2025
AMXM-da “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi açılıb - Fotolar
10:10 / 12-09-2025
Mədəniyyət Nazirliyi AzTV-yə 28 min ödəyəcək
10:01 / 12-09-2025
Lənkəran sakini 13 kq narkotiklə saxlanılıb
09:54 / 12-09-2025
ABŞ-da Rusiyanın “Su-34”-lərini tərifləyirlər
09:42 / 12-09-2025
Makronun Mühafizə Xidmətinin sabiq rəhbərinin Bakıda məhkəməsi davam edir
09:28 / 12-09-2025
Günəş panelləri Çini milyardlarla dollar zərərlə üzləşdirib
09:21 / 12-09-2025
Tramp Starmerin hərəkətini bəyənməyib
09:16 / 12-09-2025
"Qarabağ"ın rəqibi yeni transferini açıqlayıb
09:10 / 12-09-2025
Güclü maqnit qasırğaları gözlənilir
08:58 / 12-09-2025
Almaniya Litvada hərbi hazırlıqlar görür
08:54 / 12-09-2025
Odessa və Sumidə partlayışlar baş verib
09:10 / 09-09-2025

18:05 / 07-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

00:57 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

00:04 / 08-09-2025

11:09 / 08-09-2025

Ermənilər italiyalı senatoru ölümlə hədələyirlər
Tarix: 23-12-2020 16:37 | Bölmə: Siyasət

“Öz təəssüratlarımızı ifadə etdiyimizə görə bizi ölumlə hədələyənlər mənə sülh istəyən təəssüratı bağışlamırlar”.
Bunu İtaliya Senatının üzvü Maria Rizzotti deyib.
O, İtaliya parlament nümayəndə heyətinin tərkibində dekabrın 5-dən 7-dək Azərbaycanda səfərdə olub. Senator ölkəsinə döndükdən sonra “Strumenti Politici” saytına müsahibə verərək səfər haqqında fikirlərini bölüşüb, habelə səfərdən sonra İtaliya parlamentarlarına qarşı ermənilər tərəfdən edilən təzyiq və təhdidlərdən danışıb.
“Nümayəndə heyəti üzvlərinə hər gün ünvanlanan təhdidlər məni həqiqətən narahat edir və bununla polis məşğul olacaq. Öz təəssüratlarımızı ifadə etdiyimizə, parlament üzvü kimi o ərazilərə səfər etdiyimizə görə bizi ölumlə hədələyənlər mənə o qədər də sülhə meyilli və sülh istəyən təəssüratı bağışlamır. Sizə təkrar edirəm, bununla polis məşğul olacaq, təhqir və həqarətin sosial şəbəkələrə xas bir şey olduğunu bilirik, fiziki təhdidlər isə başqa şeydir və tam fərqlı bir kontekstə aiddirlər”, - italyan senator vurğulayıb.
Səfərin məqsədləri barədə suala cavab verən senator nümayəndə heyətinin missiyasının məhz araşdırma və sülh məqsədi daşıdığını deyib. “Bilirəm ki, Ermənistanın vətəndaşları Ermənistan hökumətinin sülh seçiminə etiraz edirlər və bu, təbii ki, yaxşı bir işarə deyil. Azərbaycan hökuməti, Prezident İlham Əliyevlə keçirdiyimiz görüş zamanı, o bir daha qeyd etdi ki, Ermənistanın işğalından azad olunan bütün ərazilərdə azərbaycanlılar ermənilərlə sülh və dinc şəraitdə yaşaya bilərlər. İllər ərzində Avropa Şurası, NATO və BMT Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılması barədə və uzunmüddətli sülhü bərqərar etmə yollarının müəyyən olunması üçün qətnamələr qəbul etmişdir. Söhbət beynəlxalq səviyyədə irəli sürülmüş addımlardan gedir. Yerevanın bu münasibəti təəccüb doğurur, çünki məsələn təkcə Bakıda 20 mindən çox erməni mükəmməl bir əmin-amanlıq içində yaşayır və Azərbaycan 1918-ci ildə, ABŞ-dan da öncə qadınlara səsvermə hüququ tanıyan birinci dünyəvi müsəlman respublika olub. Ona görə də müxtəlif dinlərin sülh şəraitində birgə mövcudluğu həmişə Azərbaycanın bir xüsusiyyəti olub. Təsadüfi deyil ki, dini bayramlar zamanı bir dini icmanın rəhbəri fərqli etnik və dini mənsubiyyəti olan digər həmkarını da dəvət edir. Bir çox yerdə, təkcə Bakıda deyil, Avropadan kənar başqa ölkələrdə də ermənilərin azərbaycanlılarla sülh şəraitində birgə yaşaması artıq bir reallıqdır. Ona görə də Ermənistan tərəfindən belə sərt münasibət məni təəccübləndirir”, - italyan senator bildirib.
M.Rizzotti qeyd edib ki, əgər erməni tərəfi Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsəydi, münaqişə baş verməzdi. Senator işğal vaxtı azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş cinayətlərdən danışaraq Xocalı qətliamını xatırladıb və bir gecə içində 600-dan çox mülki azərbaycanlının qətlə yetirildiyini, ümumilikdə isə 1 milyon azərbaycanlının öz topaqlarını tərk etməyə məcbur edildiyini deyib.
Münaqişədə digər ölkələrin rolu ilə bağlı suala münasibətdə isə senator bildirib: “Türkiyə Azərbaycana mənəvi dəstək verərək Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin tam yerinə yetirilməsinə çağırmışdır. Rusiya isə Ermənistana yaxın ölkə olmasına baxmayaraq, hər zaman demişdir ki, “biz Ermənistanı müdafiə məqsədilə yalnız onun ərazilərinə hücum olunduğu təqdirdə müdaxilə edə bilərik”, ki bunu Azərbaycan heç bir zaman etməmişdir, çünki ərazilərin geri qaytarılması yalnız Yerevan tərəfindən işğal olunan ərazilərdə həyata keçirilmişdir. Təəssüf ki, kasetli bombalar vasitəsilə Azərbaycan şəhərlərinə edilən hücumların şahidi olduq”.
Senator vurğulayıb ki, ədalət bərqərar olmadan sülh ola bilməz və beynəlxalq təşkilatların buna nail olmaq məqsədilə hər zaman işğal olunan torpaqları, sözügedən halda Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş yeddi rayonunu azad etmək şərti ilə qətnamələr qəbul etməsi təsadüfi deyil.
Jurnalist erməni tərəfinin həmin qətnamələrin müharibə müddətində qəbul olunduğu və atəşkəsə nail olmaq məqsədi daşıdığı və onların yerinə yetirilməsi üçün Ermənistandan Dağlıq Qarabağdakı ermənilər üzərində olan nüfuzundan istifadə etməyi istədiyi və bu qətnamələrin Ermənistanın Azərbaycanın yeddi rayonun işğalına görə məsuliyyət daşıdığını nəzərdə tutmadığını iddia etdiyinə münasibətdə senatorun fikirlərini sorğu edib. “Əvvəla, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri atəşkəsdən əlavə bütün işğalçı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasını tələb edirdi ki, bu da 27 il boyunca həyata keçirilmədi. Bundan əlavə, sonrakı illər ərzində müxtəlif beynəlxalq təşkilatlar tərəfindən çoxsaylı digər qətnamələr qəbul olunub və buna 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş, Ermənistan Respublikasının Azərbaycanın torpaqlarını işğal etdiyinə görə məsuliyyət daşıdığını qeyd edən və Ermənistan silahli qüvvələrinin Azərbaycan torpaqlarından çıxmasını tələb edən qətnaməni misal göstərmək olar. Sizə həm də deyə bilərəm ki, işğal həmin ərazilərdə yaşayış, dini, sənaye və kənd təsərrüfatı əhəmiyyətli bütün reallıqların tam məhvinə gətirib çıxarmışdır”, deyə italyan senator bildirib.
Senator münaqişənin səbəblərinin də təhrif olunduğunu və bu münaqişənin dini müharibə olmadığını, Azərbaycanın müsəlman çoxluqlu dünyəvi və tam dini azadlığı olan ölkə olduğunu, qadınların cəmiyyətdə müstəsna rola malik olduğunu və dövlət idarələrində mühüm vəzifələr tutduğunu bildirib.
Jurnalistin münaqişənin ən gərgin mərhələsində Türkiyə tərəfindən Suriya muzdlularının Dağlıq Qarabağa göndərilməsi barədə sualına senator belə cavab verib: “Bunu siz və sizin mənbələriniz deyir. Mən bilirəm ki bu fakt inkar olunub və bu barədə sübutlar yoxdur, mən dəlillərə güvənirəm. Heç bir beynəlxalq təşkilat, nə də orda olan ruslar muzdluların mövcudluğunu təsdiq etmədi. Amma bilirəm ki, Livandan və başqa ölkələrdən erməni dəstələri vuruşmağa gediblər. Ermənistanın hakim dairələri belə başqa ölkələrdən gələn erməni əsilli muzdluların ordu sıralarında mövcudluğunu etiraf etdi”.
Fikirlərinə davam edən senator bildirib: “Azərbaycan mülki əhalisinə qarşı istifadə olunan kasetli bombaların nəticələrini öz gözlərimizlə gördük. Azad olunmuş bütün ərazilər də minalarla doludur və bu əraziləri yararlı vəziyyətə gətirmək üçün illər lazım olacaq. Əgər bir və ya digər tərəfin bir-birinə qarşı nələr etdiyini düşünməyə davam etsək sülhə qarşı olan hissləri qidalandırmış olacağıq. Özü də bir halda ki, Azərbaycan tərəfindən işğaldan azad olmuş ərazilərdə yaşayan ermənilərin xoş qarşılanacağı rəsmi olaraq açıqlanıb”.
İtalyan senator Ermənistanda hökumət binasının qarşısında keçirilən etirazların, italyan parlament nümayəndə heyətinin üzvlərinin ölümlə hədələnməsi kimi halların erməni tərəfinin sülhə olan münasibətinin göstəriciləri olduğunu deyib. Uzunmüddətli və davamlı sülh üçün bir yolun tapılacağına ümidvar olduğunu bildirən senator Azərbaycana missiyanın məqsədinin dialoqu gücləndirmək olduğunu, çətin olan bir dövrün arxada qoyulmalı olduğunu, məlumatlandırma işinin davam etdirilməli olduğunu, bütün faciələrə rəğmən, keçmişlə yaşayıb, keçmişə baxmaqla sülhə nail olmağın mümkün olmadığını deyib. Fikirlərini yekunlaşdıran senator müharibənin ölkələrə rifah gətirmədiyini və bu fəsli arxada qoymaq və inkişafa nail olmaq üçün ədaləti təmin etməyin əsas şərt olduğunu bildirib/Report.
Bölməyə aid digər xəbərlər

Bu gün, 12:23
Kürşad Zorlu Naxçıvana gəlir
Bu gün, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Bu gün, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
Bu gün, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib
4-09-2025, 07:54
Putin: Kiyev sülhə gəlməsə, Rusiya vəzifəsini silahla həll edəcək
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
3-09-2025, 17:04
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
3-09-2025, 16:53
İlham Rəhimova sanksiya tətbiq olunub
3-09-2025, 12:59
Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb
3-09-2025, 12:29
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub
3-09-2025, 07:50
Fidan və Əl-Sani Fələstini müzakirə ediblər
2-09-2025, 15:25
Ərdoğan: "Zəngəzur dəhlizi məsələsində hər hansı bir problem yoxdur"