Qarabağın Bərpası Fondunun yaradılması təklif olunur
Tarix: 24-12-2020 16:11 | Bölmə: Siyasət
Qarabağın Bərpası Fondunun yaradılması təklif olunur

“Biz Qarabağın sürətli bərpasına, insanların geri qayıtmasına, bu ərazilərdə universitetlərin açılmasına nail olmalıyıq. Hesab edirəm ki, Qarabağın bərpası onun azad edilməsi qədər əhəmiyyətlidir”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisdəki çıxışı zamanı professor Musa Qasımlı deyib.

Deputat təklif edib ki, Qarabağıın Bərpası Fondu yaradılsın: “Hesab edirəm ki, dünyanın harasında yaşamasından asılı olmayaraq azərbaycanlılar bu işdə fəal iştirak edər”.

M. Qasımlı qeyd edib ki, işğaldan azad edilən ərazilərin bərpası üçün 2021-ci il büdcəsindən 2,2 milyard dollar vəsaitin ayrılması müsbət hadisədir: “Zənnimcə, biz başqa sahələrlə müqayisədə bu işə daha çox vəsait ayırmalıyıq”.

Professor əlavə edib ki, təhsil kreditləri üçün dövlət büdcəsindən 80 milyon manat ayrılması da çox əhəmiyyətlidir.

“Gələn il dövlət müstəqilliyinin bərpasının 30 ili tamam olur. Bədii filmləri çəkib çatdırmaq mümkün olmaz, bəlkə də mümkün oldu. Amma sənədli filmlərin çəkilməsi olduqca vacibdir”, - M. Qasımlı deyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}