Gürcüstan Azərbaycanla sərhəd danışıqlarını aktivləşdirəcək
Tarix: 24-12-2020 17:13 | Bölmə: Siyasət
Gürcüstan Azərbaycanla sərhəd danışıqlarını aktivləşdirəcək

“Gürcüstan hökuməti üçün dövlət sərhədlərinin delimitasiyası növbəti dörd il üçün də əsas prioritetlərdən biri olaraq qalacaq”.

Bunu Gürcüstanın baş naziri vəzifəsinə namizəd Giorgi Qaxariya parlamentdə Azərbaycan və Ermənistanla sərhədlərin müəyyən edilməsi ilə bağlı suala cavabında deyib.

Onun sözlərinə görə, bu məsələdə ilk növbədə milli maraqların qorunması və mehriban qonşuluq münasibətləri arasında düzgün tarazlıq başlanğıc nöqtə olacaq.

G.Qaxariya bildirib ki, 2021-2022-ci illərdə sərhəd danışıqları daha da aktivləşdiriləcək: “Sərhədlərin delimitasiya-demarkasiyası potensial riskli məsələlərdən biridir. Buna görə də bölgədə hər bir normal və sülhsevər oyunçu bu məsələnin həllində maraqlı olmalıdır”/Report




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}