Ermənilər çadırlarda oturaq aksiyaya başlayıb
Tarix: 24-12-2020 17:26 | Bölmə: Siyasət
Ermənilər çadırlarda oturaq aksiyaya başlayıb

Bu gün Ermənistan Baş nazirinin istefası tələbi ilə Yerevanda keçirilən aksiyada etirazçılarla polislər arasında qarşıdurma yaranıb.

Reyting.az
Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları etirazçıların hökumət evinə girişinin qarşısını alıblar. “Nikol satqındır!” şüarını səsləndirən aksiya iştirakçılarının Baş nazirin avtomobilinə hücum cəhdinə də imkan verilməyib.

Həbslə müşaiyyət olunan aksiyada etirazçılar hökumət binasına yumurta atıblar.

Müxalifətin təşkil etdiyi bugünkü aksiya hələlik başa çatıb. Amma Respublika meydanında oturaq aksiya davam edir, bunun üçün çadırlar qurulub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}