Ana Vətən Partiyasının MSK üzvlüyünə namizədi məlum olub
Tarix: 22-04-2021 15:31 | Bölmə: Siyasət
Ana Vətən Partiyasının MSK üzvlüyünə namizədi məlum olub

Milli Məclisdə azlıq təşkil edən Ana Vətən Partiyasının Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə namizədi məlum olub.

Bu barədə partiyanın Mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova məlumat verib.

O bildirib ki, Seçki Məcəlləsinin 24-cü maddəsinə əsasən, azlıqda olan partiyalar Milli Məclisə Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizəd təqdim etməlidirlər: “Bu gün partiyanın iclası keçirilib və Etibar Quliyevin MSK üzvlüyünə namizədliyi irəli sürülərək təsdiqlənib. Artıq partiyanın bununla bağlı məktubu Milli Məclisə təqdim olunub".




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}