ABŞ-ın Gürcüstandakı səfiri Azərbaycan dilində çıxış edib
Tarix: 22-04-2021 15:53 | Bölmə: Siyasət
ABŞ-ın Gürcüstandakı səfiri Azərbaycan dilində çıxış edib

Gürcüstanın Marneuli rayonunda Amerika guşəsinin açılışında iştirak edən ABŞ səfiri Kelli Deqnan tədbir iştirakçılarına Azərbaycan dilində də müraciət edib.

Mia.az Report-a istinadla xəbər verir ki, diplomat salam söyləyərək bu gün Gürcüstan və ABŞ üçün gözəl bir gün olduğunu deyib.

Səfir Marneulidə gözəl tərəfdaşların olduğundan məmnunluq da ifadə edib.

Çıxışını ingilis dilində davam etdirən K.Deqnan mərkəzin Marneuli sakinləri, xüsusən də gənclər üçün ABŞ xalqı, adət-ənənələri ilə tanışlıq, ingilis dilini öyrənmək və inkişaf etdirmək üçün faydalı olacağını bildirib.

O, guşənin yaradılmasına dəstək göstərən rəsmi şəxslərə təşəkkür edib.

K.Deqnan çıxışının sonunda guşənin açılması münasibətilə Azərbaycan dilində də təbriklərini çatdırıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}