Hüseynbala Mirələmov YAP-dan kənarlaşdırılıb
Tarix: 23-04-2021 16:12 | Bölmə: Siyasət
Hüseynbala Mirələmov YAP-dan kənarlaşdırılıb

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçirilən iclasında Hüseynbala Mirələmovla bağlı qərar verilib.

Reyting.az
xəbər verir ki, iclasda YAP Xətai rayon təşkilatının sədri, sabiq deputat Hüseynbala Mirələmovun vəzifəsindən azad edilməsi qərara alınıb.

Bununla bərabər H. Mirələmov partiyanın Veteranlar Şurasının üzvlüyündən də xaric edilib.

İdarə Heyətinin qərarı bununla da yekunlaşmayıb. H. Mirələmov partiya üzvlüyündən də kənarlaşdırılıb.

Xatırladaq ki, sabiq deputat xanım işçisinə qarşı qeyri-etik hərəkətini əks etdirən video ilə gündəmə gəlmişdi.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}