Fraksiya rəhbəri: “Paşinyan bu ayın sonuna qədər istefa verəcək”
Tarix: 23-04-2021 16:36 | Bölmə: Siyasət
Fraksiya rəhbəri: “Paşinyan bu ayın sonuna qədər istefa verəcək”

Ermənistandakı “Vətəndaş müqaviləsi” Hərəkatı hələlik seçki bloku yaradılmasına dair son qərarını verməyib.

Reyting.az
xəbər verir ki, bunu Ermənistanın hakim “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts deyib.

Baş nazir Nikol Paşinyan bu ayın sonuna qədər istefa verəcəyini bildirən fraksiya rəhbəri konkret istefa tarixini açıqlamayıb.

Lilit Makunts, eyni zamanda hakim blokun rəhbər və səlahiyyətli şəxslərinin müəyyən səhvlər etdiyini də bildirib:

“Hakimiyyət orqanları etmək istədikləri hər şeyi edə bilmədi. İndi ən böyük çatışmazlıqları ayırmaq mənim üçün çətindir”.

Azərbaycanda saxlanılan erməni terrorçuları haqqında da danışan fraksiya rəhbəri qeyd edib ki, faktları toplayan BMT mütəxəssislərindən ibarət İşçi Qrupu hazırda Ermənistandadır.

Xatırladaq ki, hakimiyyətdə olan “Mənim addımım” Partiyası 2018-ci il seçkilərinə yaratdığı “Vətəndaş müqaviləsi” Seçki Bloku ilə qatılıb. Bu blokda Nikol Paşinyanı müdafiə edən partiyalar və ictimai qurumlar cəmləşmişdi. İndi Paşinyanın seçkilərə bu blokla gedib-getməyəcəyi bəlli deyil.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}