Ukraynaya hücum: 8 avtomobil məhv edilib, hərbçilər öldürülüb - Fotolar
Tarix: 24-04-2021 15:11 | Bölmə: Siyasət
Ukraynaya hücum: 8 avtomobil məhv edilib, hərbçilər öldürülüb

Təsbit edilməyən pilotsuz uçuş aparatı (PUA) Ukraynaya aid tədarük təsisini hədəfə alaraq hərbi avtomobilləri vurub.

Reyting.az
xəbər verir ki, Rusiyanın Ukrayna sərhədləri yaxınlığından əsgərlərini geri çəkmək qərarı gərginliyi sabitləşdirsə də, bölgədən gələn xəbərlər və açıqlamalar vəziyyətin stabil olmadığını göstərir.

Donetskdə Rusiya tərəfdarı olan separatçılar PUA-dan istifadə edərək Ukrayna Silahlı Qüvvələrinin tədarük bölgəsində böyük narahatlıq yaradıblar. Media qaynaqlarına görə, Rusiya tərəfdarı olan separatçılar bir neçə saat öncə Ukrayna ordusunun mövqelərinə hücuma keçiblər.

Avia.pro xəbər saytının məlumatına görə, mənşəyi bilinməyən dron Ukrayna ordusunun 82-ci təchizat batalyonunun mövqelərinə hücum edərək ən azı 8 avtomobil və hərbçiləri məhv edib.



Ukrayna tərəfi qurban və yarılalar haqqında rəsmi açıqlama verməyib. Amma Rusiya tərəfdarı olan separatçıların bu hücumu bölgədə vəziyyətin daha da gərginləşdiyini göstərir.

Qeyd edək ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu bir müddət əvvəl “Defender Europe-2021” adlı NATO təlimlərinin Rusiyanın təhlükəsizliyinə təhdid yaratdığını bildirmişdi. Nazirin sözlərinə görə, bu təlimlər Rusiyanın bu istiqamətdə həyata keçidiyi müdafiə fəaliyyətinin düzgün olduğunu göstərir.

General Şoyqu bəyan etmişdi ki, Moskvanın atdığı addımlardan biri Krımda hərbi varlığını gücləndirmək və Cənub Hərbi Dairəsinin gücünü artırmaqdan ibarətdir.

Rusiya Xarici İşlər Naziliyi isə NATO təlimlərinin daha böyük bir planın parçası olduğunu qeyd edib. Onlara görə, bu təlimlər Moskvanın hakim olmağa çalışdığı Qara dənizdə Rusiyanın maraqlarına təhdiddir.

Əslində isə NATO birliklərinin ana koalisiya qruplarından biri Qara dənizdə yerləşdirilir. Hazırda Yunanıstan limanlarında silah, əsgər və təchizat daşınır.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}