09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
13:34 / 12-09-2025
Deputat: "Ətin qiyməti yüksəkdir"
13:13 / 12-09-2025
Şəhidimiz Göyçayda dəfn olunub - Yenilənib
12:53 / 12-09-2025
Sabah yağış yağacaq
12:46 / 12-09-2025
Laçında söyüş söyən vəzifəli şəxslər həbs olunub
12:38 / 12-09-2025
"Avroviziya"da iştirak üçün yeni şərt qoyublar
12:30 / 12-09-2025
Xalq artistinin səhhəti barədə açıqlama yayılıb
12:05 / 12-09-2025
“Rabitəbank" keşbeki azaldıb
12:00 / 12-09-2025
Ekspert naziri debata çağırıb
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

15:20 / 08-09-2025

11:56 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

11:09 / 08-09-2025

10:19 / 10-09-2025

12:43 / 08-09-2025

13:31 / 11-09-2025

Daha bir partiya Qarabağ və Rusiya məsələsinə görə bəyanat yayıb
Tarix: 24-04-2021 16:27 | Bölmə: Siyasət

Daha bir partiya Qarabağdakı Rusiya sülhməramlılarının öz missiyaları ilə bir araya sığmayan fəaliyyətinə dair bəyanat yayıb.
Sülhəddin Əkbərin rəhbəri olduğu Azad Demokratlar Partiyasından Reyting.az-a daxil olan bəyanatda deyilir:
“Azad Demokratlar Partiyası daima öz fəaliyyətində Azərbaycan Respublikasının milli maraqlarını rəhbər tutub, milli maraq, məsələ və problemlərə öncəlik verib, eyni zamanda partiyaüstü mövqe nümayiş etdirib. Bu səbəblə partiyamız həyati və həyati vacib milli maraqlara, xüsusilə Vətənimizin müdafiəsi və təhlükəsizliyinə daima xüsusi həssaslıq və diqqətlə yanaşıb, milli birliyə töhfə verməyə çalışıb.
Azərbaycan Respublikasının milli maraqları ilə bağlı aydın, qəti və güzəştsiz mövqe tutan Azad Demokratlar Partiyası:
- lap əvvəldən Ermənistan-Azərbaycan hərbi münaqişəsini neoimperialist Rusiyanın Ermənistan Respublikası və erməni separatçıları vasitəsilə ölkəmizə qarşı apardığı vəkalət müharibəsi kimi qiymətləndirib;
- bu vəkalət müharibəsini ən yüksək səviyyəli təhlükə – reallaşmış təhlükə, “dondurulmuş” Ermənistan-Azərbaycan hərbi münaqişəsini real təhlükə, aqressiv xarici siyasət aparan neoimperialist, militarist və avtoritar Rusiyanı isə ölkəmizə yönəlik ən başlıca aktual xarici təhdid hesab edib.
Partiyamız Rusiya imperiyasının “tarixi xidmətləri”ni - Azərbaycanı parçalamasını, Şimali Azərbaycanı işğal və ilhaq etməsini, müstəmləkəyə çevirməsini, qonşu ölkələrdən erməniləri daşıyaraq əzəli torpaqlarımızda yerləşdirməsini, onlara öncə süni vilayət, ardınca süni dövlət yaratmasını, ilk gündən başlayaraq bu dövləti davamlı genişləndirməsini, Şimali Azərbaycan torpaqlarını, o cümlədən Qərbi Zəngəzuru hissə-hissə ermənilərə verməkdə davam etməsini, Dağlıq Qarabağda ermənilərə muxtariyyət verməsini və növbəti böyük süni problem yaratmasını da heç vaxt unutmayıb, bundan sonra da unutmayacaqdır.
Tarixi şüurla, eyni zamanda bu tarixi yaddaşla hərəkət edən Azad Demokratlar Partiyası, Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin 10 noyabr 2020-ci il tarixli bəyanatına hələ ilkin münasibət bildirərkən qeyd edib ki, işğalçı Ermənistanın havadarı Rusiyanın hərbi müdaxiləsi ilə ölkəmizin düşmən üzərində tam və qəti qələbə çalmasının qarşısı alınıb. Beləliklə, Rusiya həm də tarixi dərinliyi olan “strateji sənət əsərlərini” - strateji uzantılarını, yəni işğalçı Ermənistanı və qondarma “DQR”-i qoruma altına alıb. Təbii, burada müdaxilə öncəsi Rusiyanın vertolyotun vurulması ilə təxribat törətməsi və nüvə başlığı da daşıya bilən strateji “İsgəndər-M” ballistik raketləriylə ölkəmizə zərbələr endirməsi ilə hərbi güclə təhdid etməsi də heç vaxt unudulmamalıdır.
Çox təəssüflər olsun ki, Rusiya “sülhməramlı” qüvvələrinin yerləşdirilməsindən sonra bu günədək baş verənlər - Üçtərəfli bəyanatın bir sıra maddələrinə əməl olunmaması, xüsusilə işğalçı Ermənistan ordusunun Dağlıq Qarabağın rus-erməni birliklərinin nəzarəti altında qalan hissəsindən çıxarılmaması, “DQR”-in de-fakto öz fəaliyyətini davam etdirməsi və “özünümüdafiə ordusu”nun buraxılıb tərksilah edilməməsi, üstəlik, “sülhməramlı” kontingentin öz səlahiyyət həddini aşması və məsuliyyət zonasından kənara çıxması, humanitar fəaliyyətdən infrastrukturun bərpasına, tibbi yardımdan inşaata, logistikadan təhsil və dil məsələlərinə, hətta hərbi təlimlərə qədər əlavə işlərlə məşğul olması, müxtəlif adlar altında gətirilən əlavə qüvvələr hesabına bəyanatda nəzərdə tutulan saydan (1960) qat-qat çoxaldılması, yerli ermənilər adı ilə kimliyi bəlli olmayan on minlərlə insanın bölgəyə daşınması, çox sayda hərbi şəhərciklər salmağa başlaması, ölkəmizin nəzarəti altına qaytarılan ərazilərdə (Hadrut) və dövlətlərarası sərhəddə təxribatların törədilməsi bizi, eyni zamanda bütün xalqımızı ciddi narahat etməkdədir. Son zamanlar gələn, ələlxüsus qalıqları Şuşada tapılan strateji “İsgəndər-M” raketləriylə, Zəngəzur istiqamətində dövlətlərarası sərhəddə təxribatların davam etməsi ilə, 9 mayda suveren torpaqlarımızda hərbi parada hazırlıqla, nəhayət, dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan çoxsaylı cinayətlərdə, eyni zamanda hərbi cinayətlərdə ittiham olunan və beynəlxalq axtarışa verilən Arayik Arutyunyanın Moskva səfəri ilə bağlı olan xəbərlər bu narahatlığı daha da artırıb.
Bütün bu mənfi meylləri və onların gözlənilən inkişaf perspektivlərini nəzərə alan AzDP, Azərbaycan Respublikasının siyasi rəhbərliyini, dövlət başçısı İlham Əliyevi ölkəmizin həyati müdafiə maraqları ilə, bu maraqlara yönəlik təhdidlərlə, eyni zamanda Rusiya “sülhməramlı” qüvvələrinin təxribatçı-pozucu fəaliyyəti, bəzən də fəaliyyətsizliyi ilə bağlı daha qəti və güzəştsiz mövqe tutmağa, bu maraqlarımız naminə qardaş Türkiyə ilə hərbi-strateji ittifaq sazişi imzalamağa və onun da sülhməramlı qüvvələrinin ölkəmizdə yerləşdirilməsi yönündə lazımi addımlar atmağa, Rusiyanın buna qarşı çıxacağı halda isə Rusiya “sülhməramlı” qüvvələrinin müqəddəs torpaqlarımızdan çıxarılması yönündə addımlar atmağa çağırır.
Yeni dünya nizamı quruculuğunun və geopolitik qarşıdurmanın qlobal və regional miqyasda həlledici mərhələyə daxil olduğu taleyüklü, çox mürəkkəb, həssas və riskli bir dövrdə olduğumuzu da nəzərə alan Azad Demokratlar Partiyası, bütün Azərbaycan xalqını da bir olan Vətənimiz, milli maraqlarımız naminə birliyə çağırır və bu yöndə davamlı siyasət aparacağını bir daha bəyan edir”.
Bölməyə aid digər xəbərlər

Dünən, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
Dünən, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Dünən, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
Dünən, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
11-09-2025, 23:47
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
11-09-2025, 08:08
USAID Ukraynanın kibertəhlükəsizliyinə 2 milyon dollar ayırıb
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib
4-09-2025, 07:54
Putin: Kiyev sülhə gəlməsə, Rusiya vəzifəsini silahla həll edəcək
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
3-09-2025, 17:04
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
3-09-2025, 16:53
İlham Rəhimova sanksiya tətbiq olunub
3-09-2025, 12:59
Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb
3-09-2025, 12:29
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub
3-09-2025, 07:50
Fidan və Əl-Sani Fələstini müzakirə ediblər