ALP: “Bayden “erməni soyqırımı” ifadəsini işlətməklə xətaya yol verib”
Tarix: 25-04-2021 13:55 | Bölmə: Siyasət
ALP: “Bayden “erməni soyqırımı” ifadəsini işlətməklə xətaya yol verib”

“ABŞ prezidenti Bayden 24 aprel çıxışında 1915-ci ildə, Osmanlı Türkiyəsində faciəli hadisələri, birtərəfli və qərəzli yanaşma ilə, tarixi faktlara və tarixi araşdırmalara söykəyməyən cəfəng "erməni soyqırımı" kimi təqdim edib. Professor Lalə Şövkət başda olmaqla Azərbaycan Liberal Partiyası ABŞ prezidenti tərəfindən "soyqırım" sözünün işlədilməsini Türk xalqına, Türk və İslam Dünyasına qərəzli münasibət, Türkə nifrətin əsirinə çevrilmiş tarixi səhv sayır”.

Reyting.az
xəbər verir ki, bu fikirlər Azərbaycan Liberal Partiyasının (ALP) bəyatında qeyd edilib.

ALP bəyan edir ki, Bayden “erməni soyqırımı” ifadəsini işlətməklə superdövlətin prezidenti kimi dünya siyasətini ABŞ və onun dəyərlərinə qarşı dəyişəcək bir xətaya yol verib: “Onun belə bir məsuliyyətsiz bəyanatı bizi təəcübləndirdi və təəssüfləndirdi.

Liberal Partiya ABŞ prezidentinin bu bəyanatını qətiyyətlə pisləyir və hesab edir ki, bu mövqe təkcə ABŞ-Türkiyə münasibətlərinə deyil, ABŞ-Azərbayan, ABŞ-Türk Dünyası münasibtlərinə ciddi zərbə vuracaq. Bu isə Türkiyə Cümhuriyyətini, Azərbaycanı və bütövlükdə Türk Dünyasını ABŞ-a güvənməməyə vadar edəcək, Rusiya, Çin, İran və ABŞ-la xoş münasibətlərdə olmayan başqa ölkələrlə yaxınlaşmasına sövq edəcək”.

ALP hesab edir ki, yaranmış çox təhlükəli vəziyyətdə Azərbaycan iqtidarı bütün məsələlərdə Türkiyə Cümhuriyyətinin yanında olmalı, onunla uzlaşdırılmış xarici siyasət yeritməli, Azərbaycan-Türkiyə münasibətlərinin daha da sıxlaşdırılması üçün birgə çalışmalıdır: “Belə vəziyyətdən ən doğru tarixi çıxış yolu bütün Türk Dünyasının, habelə İslam Dünyasının birləşməsidir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}