Sergey Şoyqu: “ABŞ və NATO müharibəyə hazırlaşır”
Tarix: 27-04-2021 17:20 | Bölmə: Siyasət
Sergey Şoyqu: “ABŞ və NATO müharibəyə hazırlaşır”

“ABŞ və NATO gərginliyi artırır. NATO Avropadakı qüvvələrini müharibəyə hazırlayır”.

Reyting.az
xəbər verir ki, bu sözləri Rusiya Müdafiə naziri Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının toplantısındakı çıxışı zamanı bildirib.

General ABŞ və NATO-nu vəziyyəti gərginləşdirməkdə ittiham edib.

NATO və ABŞ-ın tədbirlərinin hərbi gərginliyi artırdığına diqqət çəkən Şoyqu Ukraynadakı millətçi qrupların Donbasda silahlı qarşıdurmalara səbəb olduğunu da qeyd edib.

NATO-nun Avropadakı birliklərini müharibəyə hazırladığını iddia edən Şoyqu qeyd edib ki, qarşı tərəf hərbi quruluşunu möhkəmləndirərək əməliyyat və döyüş hazırlığını artırır.

General bildirib ki, Rusiyanın Qərb və Cənub hərbi dairəsinin hərbi hissələrinin təlimləri müharibəyə hazır olduqlarını göstərib.

Ötən həftə Krıma səfər etdiyini bildirən Şoyqu Ukrayna sərhədlərində yerləşdirdikləri hərbi birliklərin bütün hədəflərə çatdığını ifadə edərək sərhədəki orduya öz hərbi hissələrinə qayıtmaq əmri verdiyini də deyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}