12:51 / 10-05-2024
Sabiq rektora hökm oxunub
Nazir Azad Rəhimovun ölüm xəbəri yayılıb - Foto
Tarix: 28-04-2021 13:42 | Bölmə: Siyasət
Nazir Azad Rəhimovun ölüm xəbəri yayılıb

Uzun müddətdir ABŞ-da müalicə olunan Azərbaycanın Gənclər və idman naziri Azad Rəhimovun ölüm xəbəri yayılıb.

Reyting.az
xəbər verir ki, bu barədə tanınmış təhsil eksperti Kamran Əsədov özünün "Facebook" hesabında bildirib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova isə Yenisabah.az-a açıqlamasında deyib ki, nazirin ölüm xəbəri yalandır. Onun sözlərinə görə, Azad Rəhimovun vəziyyəti ağırdır, müalicə alır.

Xatırladaq ki, A. Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunur. Nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanıb. O, 8 aydır ki, səlahiyyətlərini yerinə yetirə bilmir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}