Litva xarici işlər nazirinin Azərbaycana səfər proqramı bəlli olub
Tarix: 28-04-2021 17:12 | Bölmə: Siyasət
Litva xarici işlər nazirinin Azərbaycana səfər proqramı bəlli olub

Litvanın Xarici İşlər naziri Qabrielius Landsbergis aprelin 29-da Azərbaycana səfər edəcək.

Litvanın Azərbaycandakı səfirliyindən bildirilib ki, iki günlük səfər zamanı Q.Landsbergis azərbaycanlı həmkarı Ceyhun Bayramov, habelə iqtisadiyyat naziri, Azərbaycan-Litva ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın həmsədri Mikayıl Cabbarovla görüşəcək.

Litva XİN rəhbərinin Bakıda həmçinin Litva tatarlarına həsr olunmuş sərginin açılışında iştirak edəcəyi gözlənilir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}