Dövlət katibi: “Bayden Türkiyəni erməni soyqırımında ittiham etməyib”
Tarix: 29-04-2021 01:53 | Bölmə: Siyasət
Dövlət katibi: “Bayden Türkiyəni erməni soyqırımında ittiham etməyib”

ABŞ prezidenti Bayden Osmanlı İmperiyasındakı "erməni soyqırımı"ndan danışarkən məsuliyyəti Türkiyənin üzərinə atmağa çalışmayıb. Reyting.az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken xarici jurnalistlərlə onlayn görüşündə bəyan edib.

A. Blinkenin sözlərinə görə, C. Baydenin anım gününü qeyd etmək istəyi qurbanlara hörmət bəsləmək olub, kimisə günahlandırmaq yox. “Əlbəttə ki, Osmanlı İmperatorluğunun son günlərindəki hadisələr diqqət mərkəzində idi", - Amerika diplomatiyasının rəhbəri əlavə edib.

Dövlət katibi bildirib ki, Vaşinqton Türkiyəni və digər xarici müttəfiq və tərəfdaşlarını Rusiyadan silah və hərbi texnika almaqdan imtina etməyə çağırıb və belə əməliyyatların ABŞ-ın birtərəfli sanksiyalarına məruz qalacağı barədə xəbərdarlıq edib.

A. Blinken ümid edir ki, Vaşinqton və Ankara “S-400”-lə bağlı problemin həllində irəliləyiş əldə edə biləcəklər: “Bununla yanaşı, gələcək üçün çox vacibdir ki, Türkiyə və ABŞ-ın digər müttəfiq və tərəfdaşları “S-400”lər də daxil olmaqla Rusiyadan silah almasınlar”.

Blinken əlavə edib ki, Vaşinqton “S-400” hava hücumundan müdafiə sisteminin alınması ilə bağlı fikirlərini açıq şəkildə ifadə edir və Türkiyəni “S-400” sistemindən imtina etməyə çağırmaqla çox aydın, düz və ardıcıl davranır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}