Tacikistan sərhədində gərginlik böyüyür: qırğız xüsusi təyinatlıları postları ələ keçirib - Video
Tarix: 29-04-2021 17:29 | Bölmə: Siyasət
Tacikistan sərhədində gərginlik böyüyür: qırğız xüsusi təyinatlıları postları ələ keçirib

Qırğız Sərhəd Xidmətinin xüsusi təyinatlı qüvvələri Tacikistanın sərhəd postunu ələ keçirib.

“RİA Novosti” xəbər verir ki, bu barədə məlumatı Qırğız Sərhəd Xidməti yayıb.(Report)

Rəsmi Düşənbə Qırğız hərbçilərini Tacikistan sərhədçilərinə atəş açmaqda günahlandırıb. TASS-ın məlumatına görə, bu barədə Tacikistan Dövlət Təhlükəsizlik Komitəsindən bildirilib.

Qeyd olunub ki, aprelin 29-da, saat 13:05-də (Bakı vatı ilə 12:05-də) “Qolovnoy” su paylama məntəqəsinin İsfara çayının yuxarı axarında yerləşən hissəsində Qırğız hərbçiləri Tacikistan Sərhəd Qoşunlarının hərbi qulluqçularına atəş açıblar.

Düşənbə Qırğız tərəfinin bu hərəkətlərini Tacikistanla ikitərəfli müqavilələrin pozulması kimi qiymətləndirib. Qeyd olunub ki, 1924-1927-cu illərin, eləcə də 1989-cu ilin xəritələrinə uyğun olaraq münaqişəyə səbəb olmuş “Qolovnoy” su paylama məntəqəsi tamamilə Tacikistan Respublikasına məxsusdur və 1968-ci ildən bəri Tacikistan, Qırğız və Özbəkistan respublikalarının sərhəd bölgələrinin suvarma və su təchizatı üçün istifadə edilir.

“İnterfaks” isə Qırğızın Batken rayonu icra hakiminin müavini Marufxan Tulayevə istinadən xəbər verir ki, atəşi Tacikistan tərəfi açıb və bundan sonra qırğız sərhədçiləri cavab atəşi açıblar.

Hadisə nəticəsində 4 nəfər yaralanıb. Başından güllə yarası almış tacik vətəndaşlarından birinin vəziyyəti son dərəcə ağır kimi qiymətləndirilir.

Xatırladaq ki, bu gün Qırğız Respublikasının Prezidenti Sadır Japarov Tacikistanla sərhəddəki hadisəyə görə hökumət üzvləri ilə əməliyyat müşavirəsi keçirib.

Bildirilib ki, güc strukturlarının başçıları prezidenti hadisə ilə bağlı məlumatlandırıb.

Qırğız tərəfi Tacikistan hərbçilərini minatan və pulemyotdan atəş açmaqda ittiham edir.

Onu da qeyd edək ki, Qırğız Respublikası ilə Tacikistanın dövlət sərhədində baş verən atışma nəticəsində 15 nəfər yaralanıb.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}