Gürcüstan DTX rəisi: “Qarabağ müharibəsi qarşıda duran ən böyük təhlükəsizlik çağırışı olub”
Tarix: 29-04-2021 18:16 | Bölmə: Siyasət
Gürcüstan DTX rəisi: “Qarabağ müharibəsi qarşıda duran ən böyük təhlükəsizlik çağırışı olub”

Qarabağda döyüş əməliyyatlarının fonunda maraqlı tərəflər Gürcüstana mümkün qədər zərər vermək üçün bütün vasitələrdən istifadə ediblər.

Bunu Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Qriqol Liluaşvili parlamentdə çıxışı zamanı deyib.

O qeyd edib ki, maraqlı tərəflər Gürcüstana qarşı informasiya müharibəsi açaraq müharibənin ölkə üçün dağıdıcı olmasına çalışıblar.

Q. Liluaşvili vurğulayıb ki, Qarabağ müharibəsi 2020-ci ildə regional kontekstdə Gürcüstanın qarşısında duran ən böyük təhlükəsizlik çağırışı olub və ölkə bunun öhdəsindən müvəffəqiyyətlə gəlib/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}