Nazir: “Azərbaycan üçtərəfli bəyanatlarla bağlı bütün öhdəliklərini məsuliyyətlə yerinə yetirir”
Tarix: 30-04-2021 13:51 | Bölmə: Siyasət
Nazir: “Azərbaycan üçtərəfli bəyanatlarla bağlı bütün öhdəliklərini məsuliyyətlə yerinə yetirir”

“Üçtərəfli bəyanatların icrası istiqamətində müsbət işlər görülüb”.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Litvanın xarici işlər naziri ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, Azərbaycan tərəfi bütün öhdəliklərini məsuliyyətlə yerinə yetirir və noyabrın sonunda hərbi əsirlərin mübadiləsi başa çatıb: “Ötən il noyabrın sonunda xüsusi əməliyyat nəticəsində Azərbaycan ərazisinə qeyri-qanuni keçən 62 nəfər tutulub. Onların əməlləri ilə bağlı araşdırmalar davam edir. Onların əməllərinə hüquqi qiymət veriləcək. Bütün bunlar litvalı nazirin diqqətinə çatdırılıb”/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}