Litva XİN başçısı: "Azərbaycan regionda çox vacib tərəfdaşdır"
Tarix: 30-04-2021 14:29 | Bölmə: Siyasət
Litva XİN başçısı: "Azərbaycan regionda çox vacib tərəfdaşdır"

“Biz Azərbaycanı Litvanın regiondakı çox vacib tərəfdaşı kimi qiymətləndiririk”.

Bunu Bakıda səfərdə olan Litvanın xarici işlər naziri Qabrielius Landsbergis azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra bildirib.

Onun sözlərinə görə, Litva Azərbaycanla münasibətləri və tərəfdaşlığı dərinləşdirmək və gücləndirməkdə maraqlıdır.

Q.Landsbergis qeyd edib ki, bu, onun Bakıya ilk səfəri deyil, və 15 il əvvəl “ölkələr arasında iş birliyi hələ yeni başlayanda” burada olub.

O, Litvanın Azərbaycanın azad edilmiş ərazilərinin bərpası prosesində kömək etməyə hazır olduğunu qeyd edib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}