07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
DİN-dən Mehman Hüseynovun hədələnməsi ilə bağlı - Açıqlama
Tarix: 06-05-2021 10:11 | Bölmə: Siyasət
DİN-dən Mehman Hüseynovun hədələnməsi ilə bağlı - Açıqlama

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə paytaxt ərazisində özünü polis əməkdaşı kimi təqdim edərək vətəndaşa hədə-qorxu gələn şəxslə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

DİN-in Mətbuat xidmətindən bildirilib ki, yayılan videogörüntülərlə bağlı araşdırmalara başlanılıb:

“Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək”.

Qeyd edək ki, bloger Mehman Hüseynov sosial şəbəkələrdə yaydığı videoda metronun “Gənclik” stansiyasının yaxınlığında maskasız olan şəxsin özünü polis əməkdaşı kimi təqdim etdiyini iddia edir. Blogerin paylaşdığı videogörüntülərində həmin şəxs M.Hüseynovu da təhqir edərək hədələyib.

M.Hüseynov bildirib ki, həmin şəxsin adı Elxan Tağıyevdir. O, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətində hərbi hissə komandiri olub, daha sonra işdən qovulub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}