17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Rusiya XİN başçısı: "Minsk qrupu həmsədrlərinin fəaliyyəti zəruridir"
Tarix: 06-05-2021 13:23 | Bölmə: Siyasət
Rusiya XİN başçısı: "Minsk qrupu həmsədrlərinin fəaliyyəti zəruridir"

“Qarabağ ətrafındakı vəziyyətin sabitləşməsində irəliləyiş əldə olunmasını qeyd etmişik. O cümlədən minalardan təmizləmə, dini və mədəni irsin qorunması istiqamətindəki səylərimiz azalmır”.

Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Yerevanda ermənistanlı həmkarı Ara Ayvazyanla görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

S.Lavrov Rusiya, Azərbaycan, Ermənistan Baş nazir müavinlərinin rəhbərlik etdiyi, regionda iqtisadi əlaqələrin, nəqliyyat yollarının açılması ilə məşğul olan işçi qrupun regionda vəziyyətin sabitləşməsinə mühüm töhfələr verdiyini bildirib: “Münaqişədən sonrakı dövrdə ümumi vəziyyəti sabitləşdirmək, qurucu əməkdaşlıq etmək üçün zəruri şərtlərin yaradılması naminə bu işlərin uğurlu olması mühüm əhəmiyyət daşıyır”.

Rusiyalı nazir həmçinin etimad ab-havasının yaradılması üçün ATƏT-in Minsk qrupu həmsədrlərinin bundan sonra da fəaliyyətinin zəruri olduğunu söyləyib/Report.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}