14:23 / 15-01-2025
Sabah yağış yağacaq
Sabiq səfir: “Azərbaycan üstün hərbi və siyasi mövqeyə sahibdir”
Tarix: 26-05-2021 19:32 | Bölmə: Siyasət
Sabiq səfir: “Azərbaycan üstün hərbi və siyasi mövqeyə sahibdir”

“Azərbaycan Respublikası Üçtərəfli Atəşkəs Bəyanatı sayəsində üstün hərbi və siyasi mövqeyə sahibdir”.

Reyting.az
“ISNA”ya istinadla xəbər verir ki, bunu İranın Azərbaycandakı keçmiş səfiri Möhsün Pakayin bildirib.

Onun sözlərinə görə, bu üstünlüyü möhkəmləndirmək üçün Dağlıq Qarabağ müharibəsində azad edilmiş 7 rayonun yenidən qurulmasını sürətləndirmək vacibdir. “Azərbaycanın bu məsələyə yönəlməsi bölgədə sülhü və təhlükəsizliyi gücləndirməklə yanaşı, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində son həllində də təsirli olacaqdır”.

Eks-səfir vurğulayıb ki, İran İslam Respublikası da daxil olmaqla, Azərbaycanın dost ölkələri, Azərbaycanın azad edilmiş bölgələrinin yenidən qurulmasında, iqtisadi əməkdaşlığın inkişafında və Cənubi Qafqazda sülh və sabitliyin bərqərar edilməsində ikitərəfli və ya çoxtərəfli rol oynaya bilər. “Qafqazda sülh və təhlükəsizliyin qurulması mütləq şəkildə Ermənistan Respublikasının da mənafeyinə cavab verəcək və illərdir Dağlıq Qarabağ münaqişəsi ucbatından iqtisadi problemlərlə üzləşən bu ölkəni iqtisadi tərəqqi, bölgədəki ölkələrlə, hətta Azərbaycanla daha geniş əməkdaşlıq yoluna qoyacaqdır”, - deyə sabiq səfir əlavə edib.




Bölməyə aid digər xəbərlər