15:55 / 13-09-2025
“Space TV”nin yayımı 6 saatlıq dayandırılacaq
15:48 / 13-09-2025
Sabah Bakıda intensiv yağış yağacaq - Xəbərdarlıq
15:44 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
13:27 / 13-09-2025
İlk köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb - (Yenilənib)
12:30 / 13-09-2025
Bakıda tikinti şirkətinin rəhbəri axtarışa verilib
12:25 / 13-09-2025
"Vüsal 300" kimi tanınan iş adamına cinayət işi açılıb
12:21 / 13-09-2025
"Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir
11:12 / 13-09-2025
Sosial şəbəkələrdə dələduzluq edən şəxs saxlanılıb
09:29 / 13-09-2025
Kamçatkada 7,1 maqnitudalı zəlzələ olub
23:44 / 12-09-2025
Aİ Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
22:10 / 12-09-2025
Salyanda 62 yaşlı kişi güllələnib
18:29 / 12-09-2025
Külək Yasamalda yaşayış binasında təhlükəli vəziyyət yaradıb - Video
18:00 / 12-09-2025
“Slavyanka” sularından kəskin qoxu gəlir - AQTA məsələni araşdırır
17:50 / 12-09-2025
Sədr müavini: "Metroda gələcəkdə diferensial qiymət artımı ola bilər"
17:40 / 12-09-2025
Xocalının daha iki kəndinə köç olacaq
17:23 / 12-09-2025
Xırdalan–Sumqayıt–Xırdalan xətti üzrə sərnişin qatarlarının fəaliyyəti dayandırılır
17:12 / 12-09-2025
Premyer Liqada V və VI turun oyun proqramı açıqlanıb
17:01 / 12-09-2025
Donald Tramp: "Biz çox sərt hərəkət etməli olacağıq"
16:55 / 12-09-2025
Milli Süni İntellekt Mərkəzinə direktor təyin olunub
16:15 / 12-09-2025
BDU-da bəzi ixtisaslar üzrə dərslər 4 gün keçiriləcək
15:54 / 12-09-2025
Azərbaycanlı girovların öldürülməsi üzrə sənədlər elan olunub
15:43 / 12-09-2025
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
15:33 / 12-09-2025
Qobustanda şəhidlə vida mərasimi olub
15:14 / 12-09-2025
Qarabağa daha iki köç karvanı gedib - (Yenilənib)
14:58 / 12-09-2025
İcra Hakimiyyətinin tenderi baş tutmayıb
14:55 / 12-09-2025
Azərbaycan III Türk Dövlətləri Universiadasının qalibi olub
14:49 / 12-09-2025
Qəbələdə şəhidlə vida mərasimi keçirilib
14:45 / 12-09-2025
Daha bir şəhidimiz Qubada torpağa tapşırılıb
14:35 / 12-09-2025
Bakıda 35 min manatlıq dələduzluq edən şəxslər saxlanılıb
14:18 / 12-09-2025
Gəncədə evdə partlayış olub, xəsarət alan var
09:10 / 09-09-2025

06:10 / 11-09-2025

23:31 / 08-09-2025

23:10 / 08-09-2025

16:29 / 08-09-2025

23:20 / 08-09-2025

10:19 / 10-09-2025

13:31 / 11-09-2025

22:00 / 09-09-2025

20:22 / 08-09-2025

21:32 / 10-09-2025

Fərid Şəfiyevin Qafqaz Albaniyası ilə bağlı məqaləsi “Eurasia Review”də çap olunub
Tarix: 27-05-2021 11:39 | Bölmə: Siyasət

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyevin nüfuzlu “Eurasia Review” nəşrində “Qafqaz Albaniyası ilə bağlı müəmma” başlıqlı məqaləsi dərc olunub.
Mərkəzin mətbuat xidmətindən Reyting.az-a verilən xəbərə görə, müəllif yazır ki, müasir dövrdə Ermənistanla Azərbaycan arasında başlamış münaqişə Qafqaz Albaniyasına marağın artmasına və mövzunun siyasiləşdirilməsinə səbəb olub.
Fərid Şəfiyev qeyd edir ki, bəzi Qərb ekspertləri Azərbaycanın Qafqaz Albaniyası ilə bağlı nəzəriyyələrini uydurma və saxta adlandırır: “Lakin bu ekspertlərin əksəriyyəti Qafqaz Albaniyasının tarixi, o cümlədən bu tarixi öyrənmək üçün tələb olunan erməni, ərəb və hazırda mövcud olmayan alban dili biliklərinə və tarix üzrə fəlsəfə doktoru dərəcəsində malik deyillər. Yalnız sayla göstərilə biləcək Qərb ekspertləri Qafqaz Albaniyasının tarixini bilir, digərləri isə erməni və ya erməni əsilli digər alimlərin nəzəriyyələrini təkrarlayırlar”.
Məqalədə bildirilib ki, Qafqaz Albaniyası ilə bağlı nəzəriyyə Ermənistan milliyyətçiləri üçün tamamilə qəbuledilməzdir. Belə ki, bu nəzəriyyə ermənilərin son 300 ildir iddia etdikləri, Qarabağ və Cənubi Qafqazı əhatə edən və Qafqaz Albaniyası coğrafiyası ilə üst-üstə düşən Böyük Ermənistanla bağlı nəzəriyyəni dağıdır.
Fərid Şəfiyev Qafqaz Albaniyası ilə bağlı bir sıra materialların siyasiləşdirildiyini deyərək Qərbdə bir çox araşdırmaların antiAzərbaycan mövqeyi ilə tanınan, Karnegi Fondu kimi vəqflərə maddi dəstək verən Tavitian kimi erməni diaspor qrupları tərəfindən maliyyələşdirildiyini vurğulayıb.
Onun sözlərinə görə, digər problem isə ondan ibarətdir ki, Qafqaz Albaniyasının erməni mənbələrindən öyrənilməsi hələ də davam edir. Müəllif alban mətnlərinin əsrlərlə itkin olduğunu və qısa müddət əvvəl gürcü alim Zaza Aleksidze tərəfindən Misirin Dağ Sinay Monastırında aşkar edildiyini diqqətə çatdırıb: “Alban dini mətnlərinin Cənubi Qafqazda aşkar edilməməsi çox qəribədir. Üstəlik nəzərə alaq ki, 1836-cı ildə Rusiya çarının fərmanı ilə Alban Katolikosluğu ləğv edilərək Ermənistanın Eçmiədzin kilsəsinə verilib”.
Müəllif qeyd edir ki, Qafqaz Albaniyası 7-ci əsrdə süqut edərək Ərəb xilafətinin tərkibinə keçib və əhalinin əksəriyyəti islamı qəbul edib. Xristian qalmaq istəyənlər isə tədricən Alban kilsəsi üzərində nəzarəti ələ keçirmək istəyən, Azərbaycan tarixçilərinin yazdığı kimi Qafqaz Albaniyasının izini itirmək üçün tarixi sənədləri məhv edən və ya saxtalaşdıran erməni kilsəsi ilə birləşib. Bildirilir ki, qeyd edilən fakt Zaza Aleksidze, Yost Qippet, Volfanq Şulz və Timur Maisak kimi alimlər tərəfindən də təsdiq olunub. Müəllifin fikrincə, Eçmiədzinin bəzi mətnləri hələ də saxlaması mümkündür, lakin çətin ki, bu sənədləri əlçatan etsin.
Məqalədə o da qeyd olunur ki, xristian albanların xristian ermənilərlə sıx münasibətləri olsa da bəziləri öz müstəqilliklərini saxlamağa çalışıblar. Hətta Azərbaycanın Qarabağ regionunda yerləşən Gəncəsər Alban Katolikosluğunun müstəqilliyi bir sıra orta əsr mənbələri tərəfindən təsdiqlənib. Müəllif əlavə edir ki, Rusiya imperiyası siyasətçiləri də Albaniyanın mövcudluğunu təsdiqləyiblər. Hətta şahzadə Georgi Potemkin özünün “Şərq planında” Ermənistan və Albaniyanın 2 ayrı vassal kimi yaradılmasını nəzərdə tuturdu.
“Qafqaz Albaniyasının dini irsi ilə bağlı məsələ müvafiq dilləri bilən və elmi biliklərə malik peşəkar tarixçilər tərəfindən həll edilməlidir. Üstəlik məsələ hər cür milliyyətçilərin hücumlarından da azad olmalıdır”, - deyə müəllif sonda bildirib.
Daha ətraflı: My Webpage
Bölməyə aid digər xəbərlər

Dünən, 15:43
Kürşad Zorlu Naxçıvana gəlib - Yenilənib
Dünən, 11:40
Erməniəsilli şəxslərin məhkəməsi keçirilir
Dünən, 08:08
Türkiyə Aİ və BMT-ni İsraili dayandırmağa çağırır
Dünən, 00:21
Netanyahu: Fələstin dövləti olmayacaq
11-09-2025, 23:47
ABŞ senatoru: "Bakı ilə İrəvan arasında sülh Mərkəzi Asiya üçün vacibdi"
11-09-2025, 08:08
USAID Ukraynanın kibertəhlükəsizliyinə 2 milyon dollar ayırıb
10-09-2025, 16:30
Milli Məclisin komitələri haqqında qanun dəyişir
10-09-2025, 14:52
Ceyhun Bayramov ABŞ rəsmisi ilə müzakirə aparıb
10-09-2025, 13:18
Elman Nəsirov ABŞ-la İşçi Qrupuna salınmamasından narazılıq edib
10-09-2025, 11:07
Konqresmen: Rusiya NATO-ya hücum edib
10-09-2025, 10:33
Polşa üzərində Rusiya dronlarının məhvində Niderland və NATO qüvvələri iştirak edib
10-09-2025, 08:33
Tokayev: İsrailin hərəkəti qəbuledilməzdir!
9-09-2025, 18:57
Ceyhun Bayramov Aİ-nin yeni nümayəndəsini qəbul edib
9-09-2025, 15:48
Məhkəmə Qabil Məmmədovla bağlı qərar verib
9-09-2025, 12:45
Əli Əhmədov: "Zəngəzur dəhlizi İlham Əliyevin adını daşımalıdır"
9-09-2025, 11:42
Ermənistan ABŞ-la “Tramp yolu”nu müzakirə edəcək
9-09-2025, 08:02
BRIKS ölkələri sanksiyalara qarşı tədbirlər görəcək
8-09-2025, 23:10
Fransanın baş naziri kabineti ilə istefaya göndərilir
8-09-2025, 18:54
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesini qəbul edib
8-09-2025, 17:38
Rüfət Səfərovun məhkəmə prosesi keçirilib
8-09-2025, 15:31
Lalə Şövkət: "Belə siyasətdən danışmağı rəva bilmirəm"
8-09-2025, 13:46
Kamala Harris mühafizəsiz qalıb
8-09-2025, 11:29
Saxta soyqırımla bağlı qanun dəyişir
6-09-2025, 15:29
Azərbaycanın ŞƏT-ə üzvlüyünə Rusiya da mane olub
6-09-2025, 09:52
Aleksey Overçuk “Tramp marşrutu”na müsbət yanaşır
5-09-2025, 12:34
Putin: Zelenskiyə təhlükəsizlik zəmanəti verməyə hazırıq
5-09-2025, 12:16
Milli Məclisin növbədənkənar sessiyası çağırılıb
5-09-2025, 11:05
Putin Qərb qoşunlarını vurmaqla hədələyir
5-09-2025, 10:24
Elnur Məmmədov Peru XİN başçısı ilə görüşüb - Fotolar
5-09-2025, 08:03
Tramp Pentaqonla bağlı bəyanat verəcək
4-09-2025, 16:51
Geri çağırılan səfir Leyla Abdullayevanın yoldaşı imiş
4-09-2025, 15:51
XİN Sudan hökumətinə başsağlığı verib
4-09-2025, 12:15
Tramp: Putin və Zelenski sülhə hazır deyillər
4-09-2025, 10:19
Məhkəmə deputatın şikayətini rədd edib
4-09-2025, 07:54
Putin: Kiyev sülhə gəlməsə, Rusiya vəzifəsini silahla həll edəcək
4-09-2025, 07:48
Ukrayna üçün təhlükəsizlik zəmanəti hazırlanıb
3-09-2025, 17:04
Siyasətçilər deportasiyaya görə Kanadadan kömək istəyirlər
3-09-2025, 16:53
İlham Rəhimova sanksiya tətbiq olunub
3-09-2025, 12:59
Paşinyan deputatlara Rusiya mövzusunda danışmamağı tapşırıb
3-09-2025, 12:29
Zakir Həsənov Vyetnam HDQ Komandanlığında olub
3-09-2025, 07:50
Fidan və Əl-Sani Fələstini müzakirə ediblər