14:23 / 15-01-2025
Sabah yağış yağacaq
Qüdrət Həsənquliyev: “İçi mən qarışıq hamı Şuşaya...”
Tarix: 27-05-2021 12:30 | Bölmə: Siyasət
Qüdrət Həsənquliyev: “İçi mən qarışıq hamı Şuşaya...”

“Mən çıxış etmək istəmirdim, düşünürdüm ki, komitədə qaldırdığım məsələyə hörmətli Qənirə Paşayeva aydınlıq gətirəcək. Bizə təqdim edilən layihədə Şuşa şəhərinin dövlət qoruğu elan olunur. Eləcədə şəhər hüquqi publik şəxs tərəfindən idarə edilir. Ancaq Konstitusiyanın 124-cü maddəsində qeyd olunur ki, yerlərdə idarəciliyi icra hakimiyyəti, yerli özünü idarəni bələdiyyələr həyata keçirir. Biz qanun qəbul edirik. Milli Məclisin idarəetmənin formasını dəyişmək səlahiyyəti yoxdur. Bu məsələyə aydınlıq gətirilməlidir”.

Reyting.az
xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Qüdrət Həsənquliyev “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat əlavə edib ki, qanun layihəsinə əsasən Şuşa şəhərinə giriş-çıxış tənzimlənəcək: “Bu özündə nə də ehtiva edəcək? İnsanlar Şuşaya qayıtdıqdan sonra mən qarışıq hamımız istəyəcəyik ki, gedib oranı görək. Bu halda proses necə tənzimlənəcək?

Şuşa şəhərinin qoruq elan olunması sözsüz ki, tarixi abidlərin qorunmasına səbəb olacaq. Ancaq Şuşa həm də yaşayış statusunu itirmir. Orada yaşayan insanların müvafiq idarəetməsi olmalıdır və bu, Konstitusiya ilə tənzimlənməlidir”.

Q. Həsənquliyev bildirib ki, ali məktəblər Bakıda yerləşir. O təklif edib ki, işğaldan azad edilən hər bir rayon mərkəzində bir universitet yaradılsın: “Bəzi universitetləri Bakıdan çıxarmaq olar, amma yeni universitetlər də açmaq lazımdır. Universitetlərin sayına görə, biz digər ölkələrlə müqayisədə öndə deyilik”.




Bölməyə aid digər xəbərlər