00:05 / 17-07-2025
Laçında dağlıq ərazidə yanğın olub
22:21 / 16-07-2025
Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov birgə nahar ediblər
21:46 / 16-07-2025
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov “Sea Breeze”də olublar - Fotolar
18:40 / 16-07-2025
Deportasiya ilə bağlı veriliş hazırlanıb - Video
18:14 / 16-07-2025
17 yaşlı şəxs Yuxarı Şirvan kanalında batıb
18:05 / 16-07-2025
Ali Rada baş naziri istefaya göndərib
17:21 / 16-07-2025
İlham Əliyev bəzi qanunlara dəyişikliyi təsdiqləyib
17:07 / 16-07-2025
Prezident ipoteka kreditlərinin verilməsi qaydasına dəyişiklik edib
17:05 / 16-07-2025
Ruslar Ukraynanı “İskəndər” raketi ilə vurub
16:52 / 16-07-2025
Bakıda qadın güllələnib: şübhəli şəxs klinika direktoru olan həyat yoldaşıdır - Yenilənib
16:47 / 16-07-2025
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna edilb - Fərman
16:27 / 16-07-2025
Banan qablarında 820 kq kokain aşkar edilib - Foto
15:59 / 16-07-2025
Azərbaycanla Vyetnam arasında beş sənəd imzalanıb
15:48 / 16-07-2025
Paşinyan: Zəngəzur yolunda tək ABŞ deyil, digər ölkələr də maraqlıdır - (Yenilənib)
15:41 / 16-07-2025
Rusiya neftinin dəniz yolu ilə daşınması artıb
15:19 / 16-07-2025
Konsertdə söyüş söyən reper saxlanılıb
15:12 / 16-07-2025
Mədəniyyət Nazirliyinin tenderi ləğv olunub
14:59 / 16-07-2025
Sumqayıtda iki nəfər 67 kq narkotiklə saxlanılıb
14:56 / 16-07-2025
Şakdam doğrudan da casusdur? - İranda yeni qalmaqal
14:44 / 16-07-2025
Oğuzda üzərinə ağac düşən 34 yaşlı şəxs ölüb
14:15 / 16-07-2025
Fransa və daha iki müttəffiqi Ukraynaya silah almaqdan imtina edir
13:51 / 16-07-2025
Böhran ssenarisi: qatarlar 18 milyon insanı qoruyacaq
13:42 / 16-07-2025
Qurbanqulu Berdiməhəmmədov Fəxri xiyabanı ziyarət edib
13:25 / 16-07-2025
Leyla Əliyeva Berdiməhəmmədovun qızı ilə görüşüb - Fotolar
13:19 / 16-07-2025
Həbsdəki sabiq icra başçısı: "4 ildən artıqdır ki..."
13:01 / 16-07-2025
General vəzifədən azad edilib? - Açıqlama
12:42 / 16-07-2025
Sabah 40 dərəcə isti olacaq
12:39 / 16-07-2025
Avropa liderləri Trampı razı sala biliblər
12:30 / 16-07-2025
Dağlıq ərazidə güclü yanğın başlayıb - (Yenilənib)
12:18 / 16-07-2025
İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb - Fotolar
14:26 / 14-07-2025

12:27 / 12-07-2025

15:19 / 12-07-2025

06:13 / 13-07-2025

13:30 / 13-07-2025

14:30 / 14-07-2025

11:18 / 14-07-2025

09:15 / 14-07-2025

07:40 / 16-07-2025

09:21 / 12-07-2025

17:53 / 14-07-2025

11:24 / 12-07-2025

Beynəlxalq Qarabağ Konfransı keçirilib
Tarix: 27-05-2021 18:22 | Bölmə: Siyasət

Qarabağ Azadlıq Təşkilatının (QAT) təşəbbüsü ilə Azərbaycanın düşmən üzərində Böyük Zəfərinə həsr olunan “Qarabağ dünən, bu gün və sabah” adlı XX Beynəlxalq Qarabağ Konfransı keçirilib.
Reyting.az xəbər verir ki, onlayn zoom proqramı formatında keçirilən konfransı moderator kimi açan tarix doktoru, dosent Firdovsiyyə Əhmədova qarşıda dayanan məqsəd və məramları diqqətə çatdırıb, konfransın tarixinə dair qısa məlumat verib.
QAT sədri Akif Nağı 20 il ərzində konfransın təşkilində iştirak etmiş şəxslərin, o cümlədən tarix elmləri doktoru Qasım Hacıyevin, tarix doktoru Firdovsiyyə Əhmədovanın, fəlsəfə elmləri doktoru Əli Abbasovun, tarix elmləri doktoru Kərim Şükürovun, iqtisadiyyat doktoru Şamil Mehdinin zəhmətini qeyd edib, indiyə qədər konfrans çərçivəsində 700-ə qədər məqalənin dərc olunduğunu, həmçinin xarici dillərə tərcümə olunaraq elektron versiyalarının internetdə yerləşdirildiyini, hazırki konfransa isə 50-ə qədər məqalənin təqdim olunduğunu, konfransın işində Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İsveç, Almaniya, Litvadan elm adamlarının, ekspertlərin, politoloqların iştirak etdiyini bildirib.

Konfrans iştirakçıları reqlamentə uyğun olaraq təqdim etdikləri məqalələrlə bağlı çıxış ediblər. Tarix doktoru, dosent Akif Nağı çıxışında ermənilərin Qarabağı işğal etmək üçün əvvəlcədən hazırlaşdıqlarını, ötən əsrin 60-cı illərindən başlayaraq konkret addımlar atdıqlarını, müharibənin gedişində işğal, terror, etnik təmizləmə cinayətlərini törətdiklərini, dinc əhaliyə, o cümlədən uşaqlara qarşı qətliamlar törətdiklərini əsasən xarici mənbələrə istinad edərək faktlarla göstərib.
Tarix doktoru, dosent Əli Əsgər Türkiyədə Qarabağ müharibəsinin tədqiqinə geniş yer verildiyini, gənc tədqiqatçıların bu işə cəlb olunduğunu, o cümlədən 3 gənc təqiqatçının işlərini bu konfransa təqdim etdiklərini bildirib.
Gənc tədqiqatçılar Sevilay Hilal Erdinç, Sedanur Şeyban, Zeynep Gizem Özpınar məqalələrində Türkiyə mətbuatının, o cümlədən “Milliyyət” qəzetinin İkinci Qarabağ müharibəsinə geniş yer verdiyini, Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyinin rolunu, Fransanın qərəzli mövqeyini, Türk dünyasının, o cümlədən, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistanın İkinci Qarabağ məsələsinin gedişində tutduqları mövqelərini təhlil etdiklərini bildiriblər.
Araşdırmaçı Brilyant Cəfərli Qarabağ memarlıq abidələrini tədqiq etdiyini, Qarabağ və Naxçıvan memarlıq ənənələri arasında oxşarlığın olduğunu, bunun Şeyx Babı Yaqubi türbəsində daha aydın göründüyünü vurğulayıb.
İqtisadiyyat doktoru Azər Səfərov Qarabağ məsələsinin tam həll olunması üçün Rusiya amilinin nəzərə alınması, Rusiya ilə rəsmi və ictimai səviyyələrdə işlərin daha geniş miqyasda aparılmasının vacibliyi, bu istiqamətdə, o cümlədən Azərbaycan dilinin Rusiya məktəblərində tədrisinin təmin edilməsi ilə bağlı xeyli işlər apardıqlarını diqqətə çatdırıb. O, xüsusi olaraq qeyd edib ki, Rusiyada hakim elitanın içərisində köhnə imperiyapərəst mövqeyində qalanlar, ermənilərin təsiri altında olanlar kifayət qədərdir, onların Moskvanın rəsmi siyasətinə təsir imkanlarını neytrallaşdırmağı bacarmalıyıq.
Tarix doktoru, dosent Ədalət Mustafayev QAT-ın illərdir göstərdiyi fəaliyyətə müsbət münasibətini bildirib, eyni zamanda Azərbaycanın 1994-cü ildən başlayaraq həyata keçirdiyi siyasəti, geosiyasi məsələləri, rəsmi strategiyanı təhlil edib, Amerika və Rusiya amillərinin regionda proseslərə təsirindən, prezident İlham Əliyevin uğurlu balanslaşdırılmış siyasətinin əhəmiyyətindən danışıb.
Fəlsəfə elmləri doktoru, professor Əli Abbasov ötən ilin sonunda baş verən hadisələr, Azərbaycanın Qarabağ Zəfərindən sonra proseslərin inkişafına dair proqnozlarını qeyd edib, xüsusi olaraq Azərbaycanın regional liderə çevrildiyini, cəmiyyətdə birliyin əldə olunduğunu qeyd edib, region ölkələri ilə, yaxın və uzaq xarici ölkələrlə münasibətlərin mahiyyətini şərh edib. Sonda qeyd edib ki, Azərbaycan əldə etdiyi nəticələri elə möhkəmləndirməlidir ki, regionda üçüncü Qarabağ müharibəsinin başlamasına ehtiyac qalmasın.
Tarix doktoru, dosent Rezzan Ünalp Birinci Dünya müharibəsindən ötən əsrin 90-cı illərinə kimi Türkiyə-Azərbaycan münasibətlərinə şərh verib, hərbi əməkdaşlığın müxtəlif dövrlərdə mahiyyətini diqqətə çatdırıb.
Tarix elmləri doktoru, professor Fərhad Turanlı Qafqazda 19-20-ci əsirlərdə baş verən miqrasiya, köçürmə proseslərini diqqətə çatdırıb, bu prosesdə Rusiyanın fəal rolunu və məqsədlərini qeyd edib, bu prosesi izləmək üçün xarici mənbələrin əhəmiyyətli olduğundan danışıb.
Tarix doktoru, dosent Firdovsiyyə Əhmədova son 100 il ərzində Cənubi Qafqazda gedən prosesləri, Rusiyanın işğalçılıq hərəkətlərini, Türkiyənin uzun müddət proseslərdən kənarda qalması və nəhayət son dövrdə hər şeyin yenidən öz məcrasına qayıtdığını qeyd edib. O, bu dövr ərzində ermənilərin çirkin niyyətləri, işğalçılıq hərəkətləri ilə bağlı faktları diqqətə çatdırıb və bütün bu cəhdlərin iflasa uğradığını qeyd edib.
Tarix elmləri doktoru, professor Həvva Məmmədova Qarabağda, o cümlədən Xankəndi və Şuşada yaşadığını, gedən proseslərin canlı şahidi olduğunu qeyd edib, mərhum prezident Heydər Əliyevin siyasətinin müsbət nəticələrini, 44-günlük müharibənin bir çox vacib detallarını, o cümlədən İlham Əliyevin prezident və Ali Baş Komandan kimi rolunu diqqətə çatdırıb.
Tarix elmləri doktoru, professor Gürsoy Solmaz Qarabağın orta əsrlərə aid tarixinin əsas məqamlarını diqqətə çatdırıb, məsələlərin şərhinə tarixi coğrafiya prinsipi mövqeyindən şərh verib və xüsusi olaraq vurğulayıb ki, bütün dönəmlərdə ermənilərə inandığımıza görə zərər görmüşük.

Tarix doktoru, dosent Güntəkin Nəcəfli Azərbaycanın Zəngəzur bölgəsinə vaxtı ilə ermənilərin hansı şərtlərlə və necə köçürülməsinə dair faktları nümayiş etdirib, bunun çar Rusiyasının məkrli siyasətinin tərkib hissəsi olduğunu vurğulayıb.
Almaniyadan Konfransa qoşulan şair, publisist, kinorejissor Mustafa Qula Bala Qarabağ Azadlıq Təşkilatının fəaliyyətinə müsbət qiymət verdiyini, təşkilat üzvlərinin zəhmətinə dəyər verilməli olduğunu bildirib. O, sonra diaspor təşkilatlarının görməli olduqları işlərə diqqəti çəkib.
Tarix elmləri doktoru, professor İsmayıl Hacıyevin təqdimatında Vətən Müharibəsində qələbənin əsas şərtləri, o cümlədən Prezident və Ali Baş Komandan İlham Əliyevin hərbi, siyasi, informasiya sahələrində bacarıqlı strateq kimi özünü göstərməsi, xalqın birliyinin əldə olunması, Azərbaycan Ordusunun döyüş qabiliyyəti, əsgər və zabitlərin peşəkarlığı diqqətə çatdırılıb.
İqtisadiyyat elmləri doktoru, professor Kerem Karabulut Azərbaycanın Qarabağda əldə etdiyi qələbədən sonra həyata keçirilməli olduğu iqtisadi, sosial siyasətin əsas məqamlarına-yeni texnologiyaların tətbiqi, Türkiyənin imkanlarından istifadə, təbii sərvətlərin səmərəli mənimsənilməsi, Zəngəzur dəhlizinin əhəmiyyəti, Ermənistanın təzminat ödəməsinə nail olunması, Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin bir neçə dəfə artırılması, Qarabağa aid malların, o cümlədən kilim və xalıların dünya bazarına çıxarılması, Türkiyə ilə Azərbaycan arasında ortaq turizm layihələrinin həyata keçirilməsi, Qafqazda Türkiyə və Azərbaycanın birlikdə yeni ticarət münasibətləri sisteminin yaradılması, Türkiyə və Azərbaycanın ortaq universitetlərinin təsis edilməsi, Rusiyanın bölgədə təsir imkanlarının azaldılması və digər məsələləri diqqətə çatdırıb.
Araşdırmaçı Hilal Şühəda Solmaz Azərbaycan iqtisadiyyatının yeni şəraitdə, nef amilini nəzərə almaqla inkişaf perspektivlərini qeyd edib, həmçinin neftsiz iqtisadiyyatın qurulmasına dair təkliflərini verib.
Tarix elmləri doktoru, professor Qasım Hacıyev Ermənistanın işğalı nəticəsində Qarabağın maddi-mənəvi irsinə vurulan zərərləri, erməni vandalizmi aktlarını diqqətə çatdırıb, arxeoloji abidələrin ermənilər tərəfindən saxtalaşdırılması, məhv edilməsi faktlarını göstərib.
Tarix doktoru, dosent Rafiq Səfərov diqqəti Dağlıq Qarabağ münaqişəsinin həllində etnosiyasi aspektlərə, eyni zamanda Rusiyanın təhlükəli planlarına cəlb edib.
Tarix elmləri doktoru, professor Sevda Süleymanova dünya mətbuatında erməni vəhşiliklərinin əks olunması, bu sahədə Türkiyə, Gürcüstan, Litva jurnalistlərinin xüsusi rolunu qeyd edib, eyni zamanda bu istiqamətdə nöqsanlar və görülməli olan işlərlə bağlı təkliflərini verib. İqtisadiyyat doktoru Şamil Mehdi Qarabağdakı hazırki vəziyyətə dünyada gedən proseslər prizmasından yanaşaraq müsbət və mənfi tendensiyaları qeyd edib və vurğulayıb ki, Qarabağ siyasətinin uğurla davan etdirilməsi üçün daxili və xarici amillər nəzərə alınmalı, o cümlədən azad olunmuş ərazilərə insanların qaytarılması, bərpa işlərinin həyata keçirilməsi, ölkədə milli birliyin qorunub saxlanması üçün vacib məqamlar nəzərə alınmalıdır.

Filologiya elmləri doktoru, professor Tamella Əliyeva şifahi ədəbiyyatda Qarabağın yeri, torpaq sevgisi kimi amillərin gənclərin vətənpərvərlik tərbiyyəsində xüsusi rolunu diqqətə çatdırıb.
Araşdırmaçı Ziya Zakir Acar Qarabağın simvolu olan Xarıbülbül gülünün önəmini, onun artıq Türkiyədə də sevildiyini, qələbə simvoluna çevrildiyini, bədii ədəbiyyatda mərkəzi yerlərdən birini tutduğunu qeyd edib. O, həmçinin göstərib ki, Xarıbülbül və Qarabağ kilimləri, xalıların üzvi şəkildə birləşdirilməsi və bunların Qarabağ təbliğatında geniş istifadə olunması vacibdir.
İsveçdə diaspor rəhbəri, regional parlamentin üzvü İradə Əliyeva diqqəti sülh müqaviləsinə və ondan irəli gələ biləcək təhlükəli məqamlara cəlb edib.
Konfrans iştirakçılarından Firdovsiyyə Əhmədova, Fərhad Turanlı, Akif Nağı, Azər Səfərov, Kerem Karabulut, Mehriban Abdullayeva, Elxan Rəhimov, Burzu Qılıncxanov, Ceyhun Tağıyev yenidən müzakirələrə qoşularaq məsələ ilə bağlı təkliflərini bildiriblər.
Sonda Akif Nağı və Firdovsiyyə Əhmədova çıxışları, verilən təklifləri yekunlaşdırıblar. Çıxışlara və təkliflərə uyğun olaraq qərarlar qəbul edilib.
Konfransın materilları “Qarabağ dünən, bu gün və sabah” adı ilə kitab şəklində çap olunub və elektron versiyası internetə yerləşdirilib. İstifadə etmək istəyənlər bu linkə daxil ola bilərlər: My Webpage
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 10:17
Rusiyaya qarşı sanksiyaları genişləndiriblər
Dünən, 08:20
Donald Tramp 50 gün səbr edəcəkmi?
15-07-2025, 12:29
Slovakiya Azərbaycanda fəxri konsulluq açacaq
15-07-2025, 11:40
Nazir müavini: "Türkiyə və Azərbaycan həmişə bir-birinin yanında olacaq"
15-07-2025, 09:00
Türkiyədən ABŞ-nın Zəngəzur dəhlizi ilə bağlı təklifinə - Reaksiya
15-07-2025, 07:42
Rusiya ABŞ şirkətini müsadirə edib
14-07-2025, 20:41
Tramp: Azərbaycan-Ermənistan danışıqları uğurlu nəticə verəcək
14-07-2025, 18:19
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
14-07-2025, 14:48
AK sədri: "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi..."
14-07-2025, 11:34
İrəvanda Qarabağ ermənilərindən hakimiyyətə qarşı istifadə edirlər
14-07-2025, 10:24
Deputat: "Bu, yalnız mənim şəxsimlə bağlı deyil"
14-07-2025, 07:55
Makron: Rusiya bizim üçün əbədi təhlükədir
14-07-2025, 07:50
Zelenski Nazirlər Kabinetini yeniləyir
13-07-2025, 16:36
Suriya və İsrail rəsmiləri Bakıda görüşüblər
13-07-2025, 10:08
MEDİA: "Nazirlərin adından yayılan xəbərlər “deep fake”dir"
11-07-2025, 21:16
Xocalı soyqırımı zamanı girov götürülmüş qadın: "Yaşyarımlıq oğlum..." - Yenilənib
11-07-2025, 16:32
Ağsaqqallar Şurasının sədr müavini mıəhkəmədə dindiriləcək
11-07-2025, 12:55
Putin uzunmüddətli müharibəyə hazırlaşır
11-07-2025, 08:16
Ryabkov: BRİCS anti-Amerika birliyi deyil
10-07-2025, 23:33
Temmi Bryus: "ABŞ Azərbaycan və Ermənistanın sülh istəyini dəstəkləyir"
10-07-2025, 12:36
Rusiya ordusuna yeni bombardmançılar veriblər
10-07-2025, 11:38
Azərbaycan məktəblərində rus bölmələrinin bağlanması gündəmdə deyil
10-07-2025, 08:35
NATO ilə Rusiya arasında münaqişə riski artır
9-07-2025, 13:20
XİN: "İranın Ermənistandakı səfirinin iddiaları qəbuledilməzdir"
9-07-2025, 13:01
Mərkəz rəhbəri barədə daha bir qərar qəbul edilib
9-07-2025, 12:31
Məhkəmə Bəşir Süleymanlı barədə qərar verib
9-07-2025, 11:23
ABŞ səfirliyi Azərbaycan diplomatlarını təbrik edib
9-07-2025, 09:45
Daha 28 azərbaycanlı Almaniyadan geri qəbul edilib
9-07-2025, 08:33
Tramp: Putindən çoxlu cəfəngiyyat eşidirəm
9-07-2025, 08:27
Lavrov: Fransa və Almaniya liderləri ağıllarını itirib
8-07-2025, 22:41
Ceyhun Bayramov Pakistan XİN başçısı ilə telefonla danışıb
8-07-2025, 17:38
Fazil Mustafaya sui-qəsd işi: təqsirləndirilən şəxslərlə bağlı növbəti qərar verilib
8-07-2025, 14:22
Ermənistanda siyasi gərginlik səngimir
8-07-2025, 13:25
Zahid Oruc: İndi İrəvanın taleyi Bakıda həll olunur
8-07-2025, 12:53
DTX daha bir əməliyyat keçirib
8-07-2025, 09:10
Avropa Rusiyaya qarşı daha sərt tədbirlər görəcək
8-07-2025, 08:55
Polşada Avropanın ən güclü ordusu yarana bilər
7-07-2025, 17:03
Pezeşkian: İsrail mənə sui-qəsdə cəhd etdi, amma...
7-07-2025, 17:03
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
7-07-2025, 16:37
Peskovdan Azərbaycan-Rusiya münasibətləri haqda - Açıqlama